Deputat Aqil Abbas
13 aprel 2021 13:24 (UTC +04:00)

Deputat Aqil Abbas

“ŞƏHİD ANASI” medalı... - Deputatdan TƏKLİF

“Sovet hökuməti vaxtı müxtəlif adlar var idi, Sovet İttifaqı Qəhrəmanı və s. Bir də “Qəhrəman ana” ordeni var idi ki, bunu 10 uşağı olan analara verirdilər”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, bu məsələni Çingiz Abdullayev gündəmə gətirib: “Yazıçı “Şəhid anası” medalının təsis edilməsi məsələsini qaldırıb. Əvvəllər “Qəhrəman ana” ordeni olan analara müəyyən güzəştlər tətbiq olunurdu. Bu təklif çox maraqlıdır. Mən də təklif edirəm ki, “Şəhid anası” medalının təsis edilməsi məsələsinə Milli Məclisdə baxaq”.

# 1854
avatar

Oxşar yazılar