Oktyabrın 15-dən Maştağa qəsəbəsi - Koroğlu NMM marşrut xətti üzrə hərəkət edən 131 nömrəli avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilir ki, Sabunçu rayonu üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.
Bununla yanaşı, sərnişinlər istifadə etdikləri "BakıKart"ın balansını https://online.bakikart.az portalından onlayn qaydada artıra bilərlər.
Maştağa qəs., Heybət Heybətov küç. 44
Maştağa qəs. B.Bağırov küç.
Sabunçu qəs. Şəhər şosesi
Zabrat qəs., Babək küç. 336
Oktyabr küç. Zabrat
Zabrat qəs. Nərimanov 23
Zabrat qəs., Sadiq Cəfərov 26
Savalan qəs.
Maştağa qəs., Heybət Heybətov 63
Məhəmmədəli Şəfai 37