Sabah da  qar yağacaq,   22 dərəcə şaxta olacaq - HAVA PROQNOZU
10 yanvar 2023 13:18 (UTC +04:00)

Sabah da qar yağacaq, 22 dərəcə şaxta olacaq - HAVA PROQNOZU

Yanvarın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq.

Atmosfer təzyiqi normadan yüksək 785 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 18-22° şaxta, gündüz 7-12° şaxta olacaq. Yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 10-da Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, xəzri küləyinin güclənəcəyi, yağıntılı olacağı, temperaturun xeyli aşağı enməsi ilə soyuq diskomfort rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

# 2865
avatar

Oxşar yazılar