Sabah 33 dərəcə  isti olacaq - PROQNOZ
28 may 2024 12:54 (UTC +04:00)

Sabah 33 dərəcə isti olacaq - PROQNOZ

Mayın 29-a olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 50-70 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 28-33° isti, dağlarda gecə 7-12° isti, gündüz 14-19° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2934
avatar

Oxşar yazılar