Mayın 31-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti, Bakıda gecə 19-21° isti, gündüz 28-30° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Mayın 31-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Avtomobil yollarında vəziyyət
May ayının 31-də səhər və axşam saatlarında dağlıq ərazilərdən keçən magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 500-1000 m-dək məhdudlaşacaq.