Rektor Gəray Gəraybəyli şəhid ailəsinin üzvü olan ATU əməkdaşları ilə görüşüb®
10 noyabr 2022 12:27 (UTC +04:00)

Rektor Gəray Gəraybəyli şəhid ailəsinin üzvü olan ATU əməkdaşları ilə görüşüb®

Azərbaycan Tibb Universitetinin rəhbərliyi ilə Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri olan əməkdaşları arasında görüş keçirilib. ATU-nun rektoru professor Gəray Gəraybəyli və prorektorların iştirakı ilə keçirilən səmimi görüşdə rektor görüş iştirakçılarına Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.

Rektor G.Gəraybəyli Zəfər Günü ərəfəsində hər kəsin ikili hisslər keçirdiyini, həm sonsuz qürur, həm də şəhidlərimiz üçün kədərləndiyini bildirib. O, ATU-nun məzunları arasında da 18 şəhidin olduğunu qeyd edərək onların xatirəsinin daim qəlblərimizdə yaşayacağını bildirib. Qeyd edib ki, 30 ildir həsrətində olduğumuz torpaqlarımız məhz bu gənclərin şücaəti, yenilməzliyi sayəsində azad olunub. cənab prezident İlham Əliyevin illərdir apardığı müdrik siyasəti nəticəsində yetişən bu vətənpərvər nəslin nümayəndələri xalqın azadlğ naminə öz canlarını fəda veriblər.

Rektor professor Gəray Gəraybəyli universitet əməkdaşları arasında şəhid ailəsi üzvlərinin də daim rəhbərliyin diqqət mərəzində olduğunu, onların sosial problemlərini həllinə yardım göstərməyə hazır olduqlarını bildirib. Rektor görüşün sonunda hər kəsi Zəfər günü münasibətilə bir daha təbrik edib, bütün xalqımıza yalnız xoş günlər nəsib olmasını arzulayıb.

Qeyd edək ki, görüşdə hər iki Qarabağ müharibəsinin şəhidlərinin ailə üzvləri iştirak ediblər. 

# 1116
avatar

Oxşar yazılar

FHN-in  növbəti yardımı   Türkiyəyə yola salınacaq - FOTO

FHN-in növbəti yardımı Türkiyəyə yola salınacaq - FOTO

6 fevral 2023 , 21:15
Zəlzələdən xilas olan qocalar evi sakinlərinin ÜRƏK DAĞLAYAN  görüntüləri - VİDEO

Zəlzələdən xilas olan qocalar evi sakinlərinin ÜRƏK DAĞLAYAN görüntüləri - VİDEO

6 fevral 2023 , 17:42
Gənc qız lotoreyada  36 milyon dollar   uddu

Gənc qız lotoreyada 36 milyon dollar uddu

6 fevral 2023 , 17:31
 Buraxılış imtahanlarının   şəhər və rayonlar üzrə keçirilmə QRAFİKİ

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə QRAFİKİ

6 fevral 2023 , 16:41
Türkiyəyə yola düşən FHN əməkdaşlarından ibarət bir qrup Adanaya çatıb

Türkiyəyə yola düşən FHN əməkdaşlarından ibarət bir qrup Adanaya çatıb

6 fevral 2023 , 16:21
Azərbaycandan 400 xilasedici Türkiyəyə KÖMƏYƏ GETDİ  -YENİLƏNİB

Azərbaycandan 400 xilasedici Türkiyəyə KÖMƏYƏ GETDİ -YENİLƏNİB

6 fevral 2023 , 14:05
Tikinti şirkətlərinə zəlzələ XƏBƏRDARLIĞI

Tikinti şirkətlərinə zəlzələ XƏBƏRDARLIĞI

6 fevral 2023 , 13:52
Yaxın günlərdə Azərbaycanda güclü zəlzələ olması ehtimalı var? - RƏSMİ CAVAB

Yaxın günlərdə Azərbaycanda güclü zəlzələ olması ehtimalı var? - RƏSMİ CAVAB

6 fevral 2023 , 13:23