Qiyabi təhsil alanlara kredit verilir? - RƏSMİ CAVAB
09 sentyabr 2022 17:39 (UTC +04:00)

Qiyabi təhsil alanlara kredit verilir? - RƏSMİ CAVAB

"Qiyabi təhsil alanlara təhsil tələbə kreditlərinin verilməsi məsələsi ilin sonunda idarə heyətinin iclasında müzakirə ediləcək".

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Lakin o bildirib ki, qiyabi təhsil alan tələbələrin çalışma imkanları olduğu üçün onlara kredit verilməsi aktual deyil: "Həmçinin onların sayı çox azdır. Düzdür, qiyabi təhsil alanlar arasında da sosial həssas qrupa mənsub şəxslər ola bilər. Amma hələlik bu məsələ aktual deyil".

Araz Paşayev onu da qeyd edib ki, bu ildən magistratura səviyyəsi üzrə təhsil alanlara da təhsil tələbə krediti almaları üçün şərait yaradılıb və bu günə qədər artıq 1000 nəfər kreditdən faydalanıb: “Bu il təhsil müəssisələrinə qəbul olan şəxslər üçün isə sentyabrın 12-nə qədər müraciət etmək imkanları var. İlin sonuna qədər təhsil tələbə krediti fondunun tətbiqi hazırlanacaq və əlavə bir də elektron portal olacaq. Bu, valideynlər üçün övladlarının müvəffəqiyyət göstəricilərini görə bilmələrinə imkan yaradacaq".

# 1188
avatar

Oxşar yazılar

Səs yazısı yayılan direktor İŞDƏN ÇIXARILIR  - RƏSMİ - YENİLƏNİB

Səs yazısı yayılan direktor İŞDƏN ÇIXARILIR - RƏSMİ - YENİLƏNİB

29 noyabr 2022 , 21:37
“Azəriqaz”ın rəhbəri canlı yayımda sualları cavablandıracaq  

“Azəriqaz”ın rəhbəri canlı yayımda sualları cavablandıracaq  

29 noyabr 2022 , 20:18
Dekabrda gözlənilən maqnit qasırğaları:  ən təhlükəli günlər   AÇIQLANDI

Dekabrda gözlənilən maqnit qasırğaları: ən təhlükəli günlər AÇIQLANDI

29 noyabr 2022 , 20:15
"Tamadalar", bərbər və dərzilərdən bu qədər pul alınacaq

"Tamadalar", bərbər və dərzilərdən bu qədər pul alınacaq

29 noyabr 2022 , 12:28
Naxçıvan gömrüyünə yeni rəis təyin olundu - FOTO

Naxçıvan gömrüyünə yeni rəis təyin olundu - FOTO

29 noyabr 2022 , 12:20
Sabah güclü  yağış və qar yağacaq   - HAVA PROQNOZU

Sabah güclü yağış və qar yağacaq - HAVA PROQNOZU

29 noyabr 2022 , 12:16
Bakı milyonçusunun  məzarı acınacaqlı durumda - FOTO

Bakı milyonçusunun məzarı acınacaqlı durumda - FOTO

29 noyabr 2022 , 12:05
Azərbaycan Tibb Universiteti əcnəbi tələbələri QOVDU  - SƏBƏB

Azərbaycan Tibb Universiteti əcnəbi tələbələri QOVDU - SƏBƏB

29 noyabr 2022 , 10:53