Psixi durumu pozulan ana xəstəxanadan buraxıldı - HAMI NARAHATDIR
20 iyun 2022 14:06 (UTC +04:00)

Psixi durumu pozulan ana xəstəxanadan buraxıldı - HAMI NARAHATDIR

Azərbaycanda psixi vəziyyəti yaxşı olmayan qadın xəstəxanadan buraxılıb. 

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. 

“Psixi durumu yerində olmayan birini diaqnozu qoyulmadan xəstəxanadan buraxıblar. Qardaşı guya gəlib öz istəyilə aparıb. Uşağın həyatına təhlükə yaradan birini buraxmaqda məqsədiniz nədir? Uşaq ölərsə, kim cavabdeh olacaq?”

Kəmalə xanımın sözlərinə görə, həmin qadın uşağına fiziki zorakılıq göstərib:

“4 gün əvvəl Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron Polis idarəsinin iştirakı ilə qonşuların şikayəti əsasında övladına qarşı mütəmadi şiddət, fiziki zorakılıq göstərən qadın ruhi-əsəb xəstəxanasına istiqamətləndirilib. 2 yaşlı uşaq isə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib”.

# 1770
avatar

Aytəkin Cəlali

Oxşar yazılar