Anar Əsədli
18 noyabr 2022 17:30 (UTC +04:00)

Anar Əsədli

Partiya sədrinin ölkədən çıxışına buna görə qadağa qoyulub - DİN AÇIQLADI

Daxili İşlər Nazirliyi Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, iki vətəndaşdan daxil olmuş şikayət əsasında Anar Əsədlinin barəsində belə bir qərar tətbiq olunub.

Məlumata görə, hər iki vətəndaşın şikayəti dələduzluqla bağlıdır: “Belə ki, Anar Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları pullarını alaraq mənimsəyib. Hazırda hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. Anar Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır”.

***
Saat: 16:56

Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) başqanı Anar Əsədlinin ölkədən çıxışına icazə verilməyib.

Lent.az xəbər verir ki, bu barədə özü məlumat yayıb.

Belə ki, Anar Əsədli bu gün Türkiyəyə səfərə gedərkən məlum olub ki, ölkədən çıxışı qadağan edilib.

"Bu gün Ankaraya səfərim var idi və məlum oldu ki, ölkədən çıxışıma Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulub. Hazırda Heydər Əliyev adına hava limanındayam. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb”, deyə Anar Əsədli bildirib.

Qeyd edək ki, Anar Əsədli bir müddət əvvəl tanışları Oqtay Qasımov və İlham Hüseynov şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub. Şikayətçilər A.Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham edirlər.

# 2583
avatar

Fidan İlqar

Oxşar yazılar

Bu gündən məktəblərdə qış tətili BAŞLADI

Bu gündən məktəblərdə qış tətili BAŞLADI

27 yanvar 2023 , 09:24
Zaqatalanın 6 kəndi qaz istəyir

Zaqatalanın 6 kəndi qaz istəyir

26 yanvar 2023 , 23:02
Yanvar ayının sosial təminat üzrə bütün ödənişləri başa çatdı

Yanvar ayının sosial təminat üzrə bütün ödənişləri başa çatdı

26 yanvar 2023 , 20:15
Qrip təhlükəli mərhələyə keçir - Həkimdən QORXULU PROQNOZ

Qrip təhlükəli mərhələyə keçir - Həkimdən QORXULU PROQNOZ

26 yanvar 2023 , 20:15
"Squşonnı"nın bahalaşmasına  RƏSMİ REAKSİYA

"Squşonnı"nın bahalaşmasına RƏSMİ REAKSİYA

26 yanvar 2023 , 17:45
Gənc qadınlar "Azercell"in dəstəyilə startap qurur

Gənc qadınlar "Azercell"in dəstəyilə startap qurur

26 yanvar 2023 , 17:29
Zaqatalada 2 gün əvvəl təmir olunan körpü dağıldı - FOTO

Zaqatalada 2 gün əvvəl təmir olunan körpü dağıldı - FOTO

26 yanvar 2023 , 17:10
Jurnalistlərin suyu kəsildi

Jurnalistlərin suyu kəsildi

26 yanvar 2023 , 14:59