Nazirlikdə işləmək adı ilə insanlardan pul tələb edirlər: DİQQƏT  - FOTO
20 sentyabr 2021 16:55 (UTC +04:00)

Nazirlikdə işləmək adı ilə insanlardan pul tələb edirlər: DİQQƏT - FOTO

Son günlər Səhiyyə Nazirliyi adından çıxış edən kiberdələduzlar tərəfindən istifadəçilərə “WhatsApp” üzərindən “spam” mesajlar göndərilir.

Lent.az xəbər verir ki, mesaj göndərən şəxs Səhiyyə Nazirliyi (Pfizer) depo departamentinin insan resursları şöbəsinin baş koordinatoru Ramal Hüseynov olduğunu iddia edir.

Bildirir ki, şəxsin “Qeydiyyat-Barkodlaşma və Qablaşdırma” vakansiyası üzrə müraciəti müsbət dəyərləndirilib və bunun təsdiqi üçün 54 manat ödəniş etmək lazımdır.

Bununla bağlı Lent.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, qurumda bu adda şöbə fəaliyyət göstərmir və göndərilən mesajlar həqiqətə uyğun deyil:

“Vətəndaşlardan xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər”.

Sözügedən mesajı təqdim edirik:

# 2148
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar