İstirahət günlərində  milli parklarda   gözlənilən hava şəraiti
07 iyul 2023 15:15 (UTC +04:00)

İstirahət günlərində  milli parklarda gözlənilən hava şəraiti

İstirahət günlərində (iyulun 8-9-da) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Samur –Yalama milli parkı

Hava şəraitinin sabit, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq.

Mülayim şərq küləyi əsəcək, 08-də arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 30-34° isti olacaq.

Altıağac milli parkı

İstirahət günlərində yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər duman olacaq.

Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 28-33° isti olacaq.

Ağgöl milli parkı

Yağmursuz, sabit hava şəraiti gözlənilir. Gecə və səhər duman olacaq.

Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 31-36° isti olacaq.

Qızılağac milli parkı

Cənub zonasına yollanmaq istəyənləri sabit, yağmursuz hava şəraiti gözləyir.

Mülayim şərq küləyi əsəcək. Gecə və səhər duman olacaq.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 31-35° isti olacaq.

Göygöl milli parkı

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq.

Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-19° isti , gündüz 22-26° isti olacaq.

Şirvan milli parkı

Havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq.

Mülayim şərq küləyi əsəcək, gündüz saatlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 22-24° isti, gündüz 35-38° isti olacaq.

Hirkan milli parkı

Cənub zonasına yollanmaq istəyənləri sabit, yağmursuz hava şəraiti gözləyir.

Mülayim şərq küləyi əsəcək. Gecə və səhər duman olacaq.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 32-35° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1500
avatar

Oxşar yazılar