
İdarə rəisi cərimələndi - SƏBƏB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Bakı-Quba magistral avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsindəki körpünün ətrafına tullantıların atılaraq qalaqlanması ilə bağlı daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıb.
Xidmətin rəsmisi Ramal Bağırov Lent.az-a bildirib ki, əraziyə keçirilən baxış zamanı tullantıların körpünün ətrafına və çaya atılaraq qalaqlandığı faktı təsdiqini tapıb. Faktla bağlı akt və protokol tərtib olunub:
“Ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Şabran rayon Yaşıllıq və Təmizlik idarəsinin rəisi Cəfər Cəfərov vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib.
Nazirliyin yerli qurumunun əməkdaşlarının nəzarəti ilə ərazini Yaşıllıq və təmizlik idarəsinin işçiləri tullantılardan təmizləyib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə idarəyə məcburi göstəriş verilib”.

Hicranə Əlişqızı
Oxşar yazılar

Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi
26 fevral 2021 , 17:01
Koronavirus statistikası: 180 sağalma, 219 yoluxma, 4 ölüm
26 fevral 2021 , 15:47
“Azərsun Holdinq” Xocalı faciəsini yad edib - FOTO
26 fevral 2021 , 14:45
5 dərəcə şaxta olacaq - SABAHIN PROQNOZU
26 fevral 2021 , 13:24
Yenidən qar yağacaq -XƏBƏRDARLIQ
26 fevral 2021 , 13:20
Xocalı günü doğuldu, şəhid oldu - ANIM
26 fevral 2021 , 11:29
Xocalı soyqırımından 29 il ötür
26 fevral 2021 , 00:04
Əsirlikdən xilas olan dualar... - Səbuhi Məmmədli Laçından yazır
25 fevral 2021 , 18:51