Havada tozun miqdarı artıb
03 sentyabr 2024 09:57 (UTC +04:00)

Havada tozun miqdarı artıb

Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasovanın Lent.az-a verdiyi məlumata görə, avtomatik stansiyalardan əldə olunan məlumata əsasən, havada tozun miqdarı artıb və hazırda normadan 4-4.5 dəfə yüksəkdir.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və Türkmənistan ərazisindən ölkəmizə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”.

Xatırladaq ki, dünən günün birinci yarısında Bakıda və Abşeron yarımadasında havada tozun miqdarının normadan 2.5-3 dəfə yüksək olduğu qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1593
avatar

Oxşar yazılar