Eldar Əzizovdan qarla bağlı bakılılara ÇAĞIRIŞ
14 noyabr 2022 10:47 (UTC +04:00)

Eldar Əzizovdan qarla bağlı bakılılara ÇAĞIRIŞ

Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçıları və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə qış zamanı güclü qar yağmasına hazırlığın vəziyyəti, paytaxt rayonlarında qanunsuz tikinti və küçə ticarətinə qarşı aparılan tədbirlərə həsr edilən müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, son günlərdə ölkənin dağ rayonlarına əvvəlki illərlə müqayisədə daha çox qar yağması qışın sərt və yağmurlu keçəcəyindən xəbər verir. Bununla əlaqədar rayon İcra Hakimiyyətləri, kommunal və təsərrüfat xidmətlərinə müvafiq hazırlıq tədbirləri görmələri, qışa hazırlıqla bağlı yaradılan qərargahların və aidiyyəti təşkilatların əməkdaşlarının iştirakı ilə treninqlərin keçirilməsi tapşırılıb.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti İdarə, təşkilat və özəl qurumlar, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyətə və Bakı sakinlərinə müraciət edərək qarlı günlərdə təmizlik işlərində fəal olmağa, Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırıb.
 

Müşavirədə paytaxt rayonlarında qanunsuz tikinti və küçə ticarəti ilə bağlı vəziyyət müzakirə edilib, qeyd edilib ki, son 6 ay ərzində bu hllar 2,5 dəfə azalsa da, yenə də bəzi rayonlarda yer almaqdadır. Toplantıda neqativ halların daha çox qeydə alındığı rayonların İcra Hakimiyyəti başçılarına əraziyə zəif nəzarət və çatışmamazlıqlara görə ciddi xəbərdarlıq edilib. Onların nəzərinə çatdırılıb ki, rayon ərazisində baş verən bütün qanunsuzluqlara şəxsən cavabdehlik və məsuliyyət daşıyırlar.

# 4695
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Azərbaycanın hərbi tibb personalı Türkiyəyə yola düşdü  - FOTO

Azərbaycanın hərbi tibb personalı Türkiyəyə yola düşdü - FOTO

7 fevral 2023 , 04:25
FHN-in  növbəti yardımı   Türkiyəyə yola salınacaq - FOTO

FHN-in növbəti yardımı Türkiyəyə yola salınacaq - FOTO

6 fevral 2023 , 21:15
Zəlzələdən xilas olan qocalar evi sakinlərinin ÜRƏK DAĞLAYAN  görüntüləri - VİDEO

Zəlzələdən xilas olan qocalar evi sakinlərinin ÜRƏK DAĞLAYAN görüntüləri - VİDEO

6 fevral 2023 , 17:42
Gənc qız lotoreyada  36 milyon dollar   uddu

Gənc qız lotoreyada 36 milyon dollar uddu

6 fevral 2023 , 17:31
 Buraxılış imtahanlarının   şəhər və rayonlar üzrə keçirilmə QRAFİKİ

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə QRAFİKİ

6 fevral 2023 , 16:41
Türkiyəyə yola düşən FHN əməkdaşlarından ibarət bir qrup Adanaya çatıb

Türkiyəyə yola düşən FHN əməkdaşlarından ibarət bir qrup Adanaya çatıb

6 fevral 2023 , 16:21
Azərbaycandan 400 xilasedici Türkiyəyə KÖMƏYƏ GETDİ  -YENİLƏNİB

Azərbaycandan 400 xilasedici Türkiyəyə KÖMƏYƏ GETDİ -YENİLƏNİB

6 fevral 2023 , 14:05
Tikinti şirkətlərinə zəlzələ XƏBƏRDARLIĞI

Tikinti şirkətlərinə zəlzələ XƏBƏRDARLIĞI

6 fevral 2023 , 13:52