"Əbu Bəkr" məscidi açılışa hazırlaşır
13 yanvar 2023 16:52 (UTC +04:00)

"Əbu Bəkr" məscidi açılışa hazırlaşır

Bir müddətdir təmirə bağlanan "Əbu Bəkr" məscidində işlər yekunlaşır.

Bu barədə Lent.az-a açıqlamasında məscidin imamı Hacı Qamət Süleymanov məlumat verib.

Onun sözlərinə görə, məscidin içərisində və həyətdə işlərin çox hissəsi başa çatıb:

“İndi çox cüzi iş qalıb. Həyətdə, dəstəmaz otağında demək olar çox iş yekunlaşıb. Lap az yerdə təmir davam edir. İnşAllah ki, yaxın zamanlarda məscid açılacaq. Dövlət təmirə böyük məbləğdə pul ayırmışdı”.

Qamət Süleymanov həmçinin məscidin adının dəyişdirilməsi barədə şayiələrə də aydınlıq gətirib:

“Bəziləri elə bilir ki, məscidin adı da dəyişib. Elə deyil. Rəsmi adı Cümə məscididir. Bakıda da çox yerdə Cümə məscidləri var. Yeri tanınsın, hansı məscid olduğu bilinsin deyə, "Əbu Bəkr" adlandırmışıq. Adı dəyişməyib. Rəsmi adı olduğu kimi qalır”.

Qeyd edək ki, "Əbu Bəkr" məscidində təmir işləri 2021-ci il noyabr ayında başlayıb. Rəsmi məlumata görə, təmir üçün 2.9 milyon manat vəsait ayrılıb.

# 17043
avatar

Mehman Nəbiyev

Oxşar yazılar