Depay, yoxsa Obameyanq: “Barselona”dan kim gedəcək?
09 avqust 2022 17:51 (UTC +04:00)

Depay, yoxsa Obameyanq: “Barselona”dan kim gedəcək?

“Barselona” yay transfer pəncərəsinin sonuna qədər hücumçularından biri ilə vidalaşacaq.

Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, Memfis Depayla Pyer-Emerik Obameyanq cütlüyündən biri La Liqa təmsilçisini tərk etməlidir.

Robert Levandovskinin transferindən sonra komandada ulduz forvardların sayı artıb. Bu üzdən onlardan birinin gedişi qaçılmazdır.

Memfis klub rəhbərliyi ilə danışıqlara da başlayıb. O, azad agent statusu almaq istəyir.

28 yaşlı niderlandlı top-klublardan birinə keçmək niyyətindədir. Depay hazırda “Yuventus”un maraq dairəsindədir.

# 1755
avatar

Oxşar yazılar