"Dəfn puluna qəbiristanlıqdan 10 santimetr  yer almaq   mümkün deyil" - Deputat
14 noyabr 2023 17:03 (UTC +04:00)

"Dəfn puluna qəbiristanlıqdan 10 santimetr yer almaq mümkün deyil" - Deputat

Dəfn pullarının miqdarı artırılmalıdır.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov deyib ki, verilən dəfn puluna qəbiristanlıqdan 10 sm yer almaq mümkün deyil:

“Bakı şəhərində qəbiristanlıq məsələsi çox ciddi problemdir. Verilən pul Bakı şəhərində dəfnin heç 10-da birini qarşılamır. Dəfnlə bağlı tələblər də dəyişilməlidir. Bu adam dünyasını dəyişib, nə qədər arayış tələb edərlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6237
avatar

Oxşar yazılar