Bu tanınmışların övladları ali məktəblərə daxil oldular - FOTO
01 sentyabr 2022 13:00 (UTC +04:00)

Bu tanınmışların övladları ali məktəblərə daxil oldular - FOTO

Dünən ali məktəblərə qəbul olan abituriyentlərin siyahısı açıqlandı.

Övladları tələbə adını alanlar arasında həmkarlarımız və digər tanınmış simalar var. Lent.az tələbə adı sevinci yaşayanların siyahısını təqdim edir:

Azad Azərbaycan telekanalının departament direktoru Anar Şükürovun qızı Sunay ADA  Universitetinə daxil olub.

İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Namiq Mayılovun oğlu Rəvan Mayılov İqtisad Universitetinə qəbul olunmaqla ailəsini sevindirib.

 

Şair Elşad Barat  üçüncü  dəfə ali təhsil almaq  üçün müraciət edib və İdarəçilik Akademiyasına daxil olub. Qeyd edək ki, Elşad  Barat fəlsəfə doktorudur.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynovun oğlu Cavid HüseynovTürkiyədə Hacettepe Universitetinə qəbul olub.

Jurnalist Rumiyyə Miraslanın qızı Türkiyədə tibb təhsili alacaq.

 Başqa bir həmkarımız Raminə Eyvazqızının oğlu Azərbaycan Texniki Universiteti kompyuter mühəndisliyi fakultəsini qazanıb. 

İçəri Şəhər Dövlət Qoruğunun mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədovanın qızı Dillər Universitetinin tələbəsi adını alıb.

Həmkarımız Elşad Məmmədlinin oğlu onun yolunu davam etdirəcək. O Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsini qazanıb. Jurnalist  Nicat Dağların qızı  Aycan Hüseynova Milli Aviasiya Akademiyasına qəbul olunub.

Şair–jurnalist Qulu Ağsəsin qızı Bakı Dövlət Universitetinin Filologiya fakültəsində ingilis ədəbiyyatı üzrə təhsil alacaq.

APA-nın redaktoru Ramiz Mikayıloğlunun oğlu  Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanıb. Həmkarlarımız Rauf Rəcəbov, Natiq Qasımov  və Elşad Paşasoyun  qızları da BDU-nun tələbəsi kimi şərəfli adı daşıyacaqlar.

“İnterfaks” agentliyinin rəhbəri Anar Əzizovun oğlu İqtisad universitetinə daxil olub.

# 11205
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Sahibkarlarla növbəti görüş Zaqatala rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Zaqatala rayonunda keçiriləcək

4 dekabr 2022 , 17:10
Azərbaycanda son sutkada koronavirusa YOLUXMA

Azərbaycanda son sutkada koronavirusa YOLUXMA

4 dekabr 2022 , 16:42
Sabah hava belə olacaq - PROQNOZ

Sabah hava belə olacaq - PROQNOZ

4 dekabr 2022 , 12:37
Baş Dövlət Yol Polisi İdarəsi

Sürücülərə XƏBƏRDARLIQ

4 dekabr 2022 , 11:40
Bu rayonlara qar yağdı-FOTO

Bu rayonlara qar yağdı-FOTO

4 dekabr 2022 , 10:45
Nazirlik Xocalıda:  araşdırmalar BAŞLAYIR - VİDEO  - YENİLƏNİB

Nazirlik Xocalıda: araşdırmalar BAŞLAYIR - VİDEO - YENİLƏNİB

3 dekabr 2022 , 19:18
“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

3 dekabr 2022 , 16:25
Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

3 dekabr 2022 , 15:16