Bu kolbasa məhsulunun satışı qadağan edildi
09 mart 2021 15:24 (UTC +04:00)

Bu kolbasa məhsulunun satışı qadağan edildi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 16 ünvanında fəaliyyət göstərən, “Ay-Min” MMC-yə məxsus kolbasa və sosiska məhsullarının istehsalı sexində yoxlama keçirilib. 

Agentlikdən Lent.az-a verilən məlumata görə yoxlama zamanı kolbasa məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.  

Müayinələrin nəticələrinə əsasən məhsulda nitritin kütlə payının texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi aşkar olunub. Eyni zamanda müəssisənin anbarında və istehsalat sahəsində temperatur rejiminə əməl edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı müəyyən edilib. Yoxlama zamanı istehlaka yararsız 25 kq müxtəlif əmtəə nişanlı kolbasa məhsulları aşkarlanıb və satışı qadağan edilib. Həmçinin aşkarlanmış nöqsanlarla bağlı müəssisədə kolbasa və sosiska məhsullarının istehsalının dayandırılması barədə qərar qəbul edilib, müəssisənin rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2904
avatar

Nigar Adil

Oxşar yazılar