Bakıdakı kondisionerli dayanacağı bazara çeviriblər? -  RƏSMİ CAVAB
25 iyun 2022 16:29 (UTC +04:00)

Bakıdakı kondisionerli dayanacağı bazara çeviriblər? - RƏSMİ CAVAB

Bakıda yeni qurulan kondisionerli dayanacağın içərisinə su və şirələr yığılıb.

Lent.az xəbər verir ki, söhbət Nəsimi rayonu "Memar Əcəmi" metrosu ətrafında olan yeni tipli kondisionerli dayanacaqdan gedir. Həmin məntəqə bir neçə gün əvvəl paytaxt sakinlərinin ixtiyarına verilib. Sosial şəbəkələrdə isə artıq dayanacağın içərisinə su və şirələr yığıldığı görüntülər paylaşılıb.

Məsələnin mahiyyətini öyrənmək üçün Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Mais Ağayev bildirdi ki, fotodakı meyvə-tərəvəz həmin dayanacağın yanındakı mağazaya məxsusdur:

"Bəziləri təəssüf ki, sosial şəbəkələrdə həmin dayanacağın artıq bazara çevrildiyini yazıblar. Ancaq bu həqiqət deyil və gülüncdür. Çünki fotoda görünən məhsullar dayanacağın yanındakı  mağazaya aiddir. Mağazanın girişi dayanacağın içərisində olduğu üçün məhsulları da oradan daşıyırlar".

# 3213
avatar

Mehman Nəbiyev

Oxşar yazılar