Bakıda 23 marşrutun avtobusları  TIXACDA   qalıb
29 iyun 2022 10:27 (UTC +04:00)

Bakıda 23 marşrutun avtobusları TIXACDA qalıb

Bakı - Sumqayıt şossesi - Moskva prospektindən 20 Yanvar dairəsi - Tbilisi prospekti istiqamətində nəqliyyat sıxlığı var.

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Məlumata görə, sıxlıq səbəbilə 2, 7A, 13, 14, 18, 29, 37, 65 ,67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 saylı marşrut xətləri üzrə 20-yə yaxın avtobus 10-15 dəqiqə gecikmə ilə hərəkət edir. 

Həmçinin Azadlıq prospekti - Binəqədi şossesindən Azadlıq m/st istiqamətində isə nəqliyyat sıxlığı səbəbindən 71, 79, 133, 165, 179 və 202 saylı marşrut xətləri üzrə 10-a yaxın avtobusun intervalında 13-15 dəqiqəlik gecikmələr yaranıb.

# 1704
avatar

Mehman Nəbiyev

Oxşar yazılar