Azərbaycanın QAFAN-GORUS   yolunda NBM yaratması gözlənilir
11 noyabr 2021 00:16 (UTC +04:00)

Azərbaycanın QAFAN-GORUS yolunda NBM yaratması gözlənilir

Azərbaycanın Qafan-Gorus avtomobil yolunda nəzarət-buraxılış məntəqəsi (NBM) yaratması gözlənilir. 

APA-nın əldə etdiyi məlumata görə, yolun Azərbaycan ərazisindən keçən hissəsində yaradılacaq məntəqə gömrük və sərhəd xidməti nəzarəti həyata keçirəcək.

Nəzarət-buraxılış məntəqəsinin noyabrın 11-dən yaradılması gözlənilir.

Azərbaycanın bununla bağlı artıq Ermənistan tərəfini məlumatlandırdığı bildirilir.

# 2472
avatar

Oxşar yazılar