Prezident İlham Əliyev Azərbaycanın bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
Lent.az xəbər verir ki, fərmana əsasən, bəzi dövlət orqanlarının rəhbər işçilərinin əməkhaqlarının artırılması məqsədilə Azərbaycanın bəzi dövlət orqanlarının rəhbərlərinin və onların müavinlərinin (Azərbaycan Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilib:
Baş nazir 17160 manat
Baş nazirin birinci müavini 15950 manat
Baş nazirin müavini 14850 manat
nazir 13750 manat
1.5. digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra
hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbəri 13200 manat
1.6. nazirin birinci müavini 12650 manat
1.7. nazirin müavini, digər mərkəzi icra hakimiyyəti
orqanının və mərkəzi icra hakimiyyəti orqanına bərabər
tutulan orqanın rəhbərinin birinci müavini 12100 manat
1.8. digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra
hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbərinin müavini 11550 manat
2. Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları beşinci ödəniş pilləsi üzrə aşağıdakı məbləğlərdə müəyyən edilsin:
2.1. Bakı şəhəri 13200 manat
2.2. Gəncə və Sumqayıt şəhərləri 9900 manat
2.3. digər şəhər, rayon və şəhər rayonu üzrə 8800 manat.
3. Müəyyən edilsin ki:
3.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-4.3-cü maddəsi nəzərə alınmaqla, bu Fərmanın 1-ci və 2-ci hissələrində göstərilən vəzifələr üzrə baza aylıq vəzifə maaşı (birinci ödəniş pilləsi) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşı 1,1 əmsalına bölünməklə, digər ödəniş pillələri üzrə aylıq vəzifə maaşı baza aylıq vəzifə maaşına münasibətdə hər pillə üzrə müvafiq olaraq 2,5 faiz artım tətbiq edilməklə müəyyən edilir və tam ədədə (sonuncu rəqəmi “0” və ya “5” olmaqla) yuvarlaqlaşdırılır;
3.2. bu fərman qüvvəyə minənədək bu fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş şəxslərə ödənilən vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər bu Fərmanla müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir.
4. Bu fərmana uyğun olaraq müəyyən edilən vəzifə maaşları əsasında əməkhaqqı fondunun formalaşdırılması məqsədilə dövlət orqanlarının saxlanılması xərclərinin tərkibində hər il dövlət büdcəsində vəzifə maaşlarının birinci ödəniş pilləsi üzrə hesablanan illik əməkhaqqı fondu və onun 10 faizi miqdarında əlavə vəsait nəzərdə tutulsun.
5. “Azərbaycanın bəzi dövlət orqanlarının rəhbər işçilərinin əməkhaqlarının artırılması və “Azərbaycanın bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” AzərbaycanPrezidentinin 2004-cü il 10 avqust tarixli 348 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Prezidentinin 2022-ci il 1 mart tarixli 1609 nömrəli fərmanının (Azərbaycanın Qanunvericilik Toplusu, 2022, № 3, maddə 197 (Cild I); 2024, № 7, maddə 796) 1 – 4-cü hissələri ləğv edilsin.
6. Bu fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.