Azərbaycanda neçə nəfər meymunçiçəyi testi verib? - RƏSMİ
18 iyul 2022 12:34 (UTC +04:00)

Azərbaycanda neçə nəfər meymunçiçəyi testi verib? - RƏSMİ

"Bu gün üçün meymunçiçəyi ilə bağlı ölkədə yoluxma faktı qeydə alınmayıb".  

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, epidemioloji vəziyyət diqqətlə izlənilir və şübhəli hallar qeyd edildikdə PZR üsulu ilə laborator diaqnostika üçün bütün imkanlar mövcuddur. 

Testlərdən istifadəyə gəldikdə bugünə qədər iki testdən istifadə edilib. Müraciət edənlərdən test nümunələri götürərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərib. 

Hər iki şəxsin test nəticəsi neqativdir.

# 2499
avatar

Aytəkin Cəlali

Oxşar yazılar