Azərbaycanda 370 uşaq küçələrdə işləyib və dilənçilik edib -  RƏSMİ
23 aprel 2021 12:41 (UTC +04:00)

Azərbaycanda 370 uşaq küçələrdə işləyib və dilənçilik edib - RƏSMİ

“2020-ci ildə Azərbaycanda məcburi əməklə bağlı 5 fakt aşkar edilib”.

Lent.az xəbər verir ki, bunu Milli Məclisin iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Seyfulla Əzimov deyib. Onun sözlərinə görə, həmin faktlar zamanı 9 qurbanın ölkədaxilində kənd təsərrüfatı sahəsində istismar edilməsi müəyyən edilib: 

“Onları istismar edənlər isə məhkəməyə təhvil verilib. Uşaq əməyinin qarşısının alınması məqsədilə keçirilən ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan küçələrdə işləyən və dilənçilik edən 370 uşaq aşkar edilib. Aparılan araşdırmalar həmin uşaqların məcburi əməyin qurbanı olmadığını, amma Azərbaycanda məskunlaşan qaraçı ailələrinə məxsus olmalarını sübut edib. Onlara dövlət tərəfindən ünvanlı sosial yardımlar və digər güzəştlər edilməsinə baxmayaraq, özlərinə peşə seçdikləri dilənçilikdən əl çəkməyiblər. Bununla bağlı 120 valideyn barəsində inzibati tənbeh tədbirləri seçilib.

Azyaşlılara tütün məmulatlarının satılmasına görə, 1568 şəxs inzibati məsuliyyətə də cəlb olunub”.
 


İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Seyfulla Əzimov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1803
avatar

Mehman Nəbiyev

Oxşar yazılar