Azərbaycan Tibb Universiteti əcnəbi tələbələri QOVDU  - SƏBƏB
29 noyabr 2022 10:53 (UTC +04:00)

Azərbaycan Tibb Universiteti əcnəbi tələbələri QOVDU - SƏBƏB

Azərbaycan Tibb Universitetinin (ATU) Rektoryanı Şurasının növbəti iclası keçirilib.

Universitetdən Lent.az-a verilən məlumata görə, toplantıda universitetin bəzi əcnəbi tələbələrinin davranışı ilə bağlı qərarlar qəbul edilib, onların ikisinin ali məktəbdən xaric olunmasına dair qərar verilib.

Qeyd edilib ki, ATU-nun 6 əcnəbi tələbəsi universitetdən kənar məkanda digər tələbələrə fiziki zorakılıq və şiddət tətbiq etməklə yanaşı, onları qorxudublar. Zorakılıq aktını video lentə alan tələbələr bu çəkilişi sosial şəbəkələrdə paylaşacaqları ilə digərlərini hədələyiblər. Faktla bağlı Nəsimi rayon polis bölməsində aparılan araşdırma zamanı iki əcnəbi tələbənin - Al Khawaldeh Mohammad Khev Ahmad və Abdullah Mohammaed Sahrinin tələbələrə güc tətbiq edərək, fiziki şiddət göstərdiyi təsdiqlənib.

ATU-nun Rektoryanı şurasının üzvlərinin qərarına əsasən, adı çəkilən 2 tələbə universitetdən xaric edilib, hadisədə iştirak digər 4 tələbənin (Mohamad Eihab Ahmed Aldakach, Al Jivondi MHD Nabil Khalid, Al Ali Aussesami,  Hafez Mohammed Ali) isə şəxsi işinə qeyd etməklə onlara  şiddətli töhmət verilib.

Rektor yanı şuranın müzakirə etdiyi digər məsələ ATU-nun II müalicə-profilaktika fakültəsinin 1-ci kurs tələbəsi Orxan Bəhmənlinin davranışı ilə bağlı olub. O.Bəhmənlinin noyabrın 17-də anatomiya fənni üzrə keçiriləcək aralıq imtahanlarının suallarının cavablarını əldə edərək digər tələbələr arasında yayıb və bununla da imtahanı pozması təsdiqlənib. Rektoryanı şuranın qərarına əsasən, O.Bəhmənlinin şəxsi işinə yazılmaqla şiddətli töhmət elan edilib.

# 4710
avatar

Fidan İlqar

Oxşar yazılar

Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün, nələr öyrənirlər? - VİDEO

Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün, nələr öyrənirlər? - VİDEO

4 fevral 2023 , 17:07
"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

4 fevral 2023 , 16:22
Sabah Bakıda yağış yağacaq, duman olacaq - PROQNOZ

Sabah Bakıda yağış yağacaq, duman olacaq - PROQNOZ

4 fevral 2023 , 12:13
Alıcıların DİQQƏTİNƏ!   Bu halda mağazadan əlavə pul ala bilərsiniz

Alıcıların DİQQƏTİNƏ! Bu halda mağazadan əlavə pul ala bilərsiniz

3 fevral 2023 , 18:51
Buraxılış imtahanından 683 şagird AZAD EDİLİB

Buraxılış imtahanından 683 şagird AZAD EDİLİB

3 fevral 2023 , 17:00
Azərbaycanda uşaqlar arasında DONUZ QRİPİ  yayılır? – HƏKİM AÇIQLADI

Azərbaycanda uşaqlar arasında DONUZ QRİPİ yayılır? – HƏKİM AÇIQLADI

3 fevral 2023 , 16:57
Heydər Əliyev prospektində şəhər istiqamətinə hərəkət dayandırılır

Heydər Əliyev prospektində şəhər istiqamətinə hərəkət dayandırılır

3 fevral 2023 , 16:50
Virusa görə boş qalan sinif otaqları – RƏSMİ AÇIQLAMA

Virusa görə boş qalan sinif otaqları – RƏSMİ AÇIQLAMA

3 fevral 2023 , 16:00