Avtomobil yollarındakı son vəziyyət  AÇIQLANDI
25 fevral 2021 17:19 (UTC +04:00)

Avtomobil yollarındakı son vəziyyət AÇIQLANDI

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi respublikanın yollarındakı vəziyyəti açıqlayıb.

Agentlikdən Lent.az-a verilən məlumata görə, yollardakı vəziyyət belədir:

Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi    Yağıntı yoxdur, Siyəzən, Şabran, Quba və Qusar qaryonları ərazisində 5-8 dərəcə şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 8-10 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq qum-duz səpilmişdir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Giləzi - Xızı    Yağıntı yoxdur, 5-8 dərəcə şaxta var. Yol boyu duz-qum qarışığı səpilmişdir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
 
Bakı - Qobustan    Yağıntı yoxdur, yol açıqdır, Qobustan rayonu ərazisində 1-2 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
 
Qobustan - Şamaxı - Muğanlı    Yağıntı yoxdur, yol açıqdır, Şamaxı rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı - Ağsu - Yevlax    Yağıntı yoxdur, yol açıqdır. Muğanlı ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Bakı - Ələt - Hacıqabul    Yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
 
Hacıqabul - Ucar - Yevlax    Yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax - Gəncə - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi    Yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
 
Muğanlı - İsmayıllı    Yağıntı yoxdur, yol açıqdır, İsmayıllı rayonu ərazisində 2-3 dərəcə şaxta var. Hazırda kənd yollarında nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması ilə əlaqədar tədbirlər davam etdirilir.

İsmayıllı - Qəbələ - Oğuz- Şəki    Yağıntı yoxdur, yol açıqdır, İsmayıllı rayonu ərazisində 2-3 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhəd    Yağıntı yoxdur, yol açıqdır, Şəki və Qax rayonları ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
 
Yevlax – Şəki (Göybulaq)    Yağıntı yoxdur, yol açıqdır. Şəki rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
 
Gəncə - Daşkəsən - Xoşbulaq    Daşkəsən rayonu ərazisində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəmkir - Gədəbəy    Yağıntı yoxdur, yol açıqdır, Gədəbəy ərazisində 4-5 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi    Yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Masallı – Yardımlı    Yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Lənkəran – Lerik    Yağıntı yoxdur, yol açıqdır, Lerik rayonu ərazisində 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
 
Hacıqabul – Bəhramtəpə – Horadiz    Yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. 

# 1551
avatar

Oxşar yazılar