Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Lent.az xəbər verir ki, bu vəzifəyə Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmovun oğlu Anar Abel oğlu Məhərrəmov təyin olunub.
Qeyd edək ki, Anar Məhərrəmov Azərbaycanın İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi olub. O, 2021-ci ilin aprelində bu vəzifələrindən geri çağırılıb.