Azərbaycanda koronavirusa ən çox yoluxma bu bölgədə olub - RƏSMİ
15 may 2020 17:31 (UTC +04:00)

Azərbaycanda koronavirusa ən çox yoluxma bu bölgədə olub - RƏSMİ

“Ölkədə ötən həftə 7 ölüm, bu həftə isə 4 ölüm faktı qeydə alınıb”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, yoluxanların 54,7 faizi Bakıda, 10,3 faizi Aran zonasında, 10,2 faizi Lənkəranda olub: “Xaricdən idxal olunan infeksiya isə 7,7 faiz olub”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, testdən keçənlərin 1,7 faizin yoluxma üzə çıxır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3955
avatar

Oxşar yazılar