Avtobuslarda maska taxmayanlar cərimələnəcək? - RƏSMİ CAVAB
04 may 2020 17:36 (UTC +04:00)

Avtobuslarda maska taxmayanlar cərimələnəcək? - RƏSMİ CAVAB

"İctimai nəqliyyatla bağlı metodiki göstərişlərdə deyilir ki, maska taxılmaldır. Bununla bağlı cərimə olub olmaması barədə yaxın günlərdə Operativ Qərargah qərar verəcək".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, cəriməni yox, ictimai qınaqla bağlı maarifləndirməni seçmək daha doğru olardı: "Pandemiya dövründən əvvəl də hər gün dezinfeksiya aparılırdı, sadəcə avtobusun içində normal vaxtlarda dezinfeksiya aparatının olması təcrübəsi yox idi. Amma bundan sonra da həmin dezinfeksiya aparatını saxlamağı düşünürük".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5697
avatar

Oxşar yazılar