Gölməçələrə əsir Bakı - ARAŞDIRMA
“Həmişə Bakıya yağış yağanda bizim işimiz çətinləşir. Çünki yağış kəsən kimi maşınları götürüb düşürük gölməçələrdən suyu çəkməyə. Başqa yolumuz qalmır, çünki kanalizasiya xətti çəkməkdən ötrü təzə ləvazimat, bununla məşğul olan adamlar lazımdır”.
Nəsimi rayon Kanalizasiya Xidmətinin mühəndisi Əsəd Xudiyev Bakının kanalizasiya sisteminin payız yağışlarına hazır olub-olmaması ilə bağlı Lent.az-ın suallarını cavablandırarkən belə deyib. Onun sözlərinə görə, hazırda Nəsimi rayonunun yalnız mərkəzi küçələrində yağış xətti var. Məsələn, “Azadlıq”, “Bakıxanov” prospektlərinin, R.Behbudov küçəsində bütünlüklə, S.Rüstəm küçəsinin bir hissəsində belə xətlər var.
Yağış sularının axıdılması üçün qeyri-münasib ərazilər daha çoxdur. Məsələn, Hənifə Ələsgərova küçəsi bütünlüklə, S.Rüstəm küçəsinin bir hissəsində yağış xətti, ümumiyyətlə, yoxdur. Kanalizasiya Xidmətinin mühəndisi deyir ki, hər yağışdan sonra bu ərazilərdə böyük gölməçələr yaranır: “Qarşıda bizi payız yağışları gözləyir. Amma rayonun kanalizasiya sistemi yağış sularını götürməyə qadir deyil. Ona görə də yağışlı günlərdə ən çox əziyyəti də biz çəkirik”.
Müsahibimiz deyir ki, Bakı şəhərində yağış suları kanalizasiya xətti deyil, bundan ötrü küçələrdə qoyulan xüsusi barmaqlıqlar vasitəsilə Xəzərə axır. Kanalizasiya xətti isə ayrıcadır və bu xətt Hövsandakı aerostansiyaya gedir. Onun sözlərinə görə, Nəsimi rayonu paytaxtın mərkəzinin əsas hissəsini təşkil etsə də, inzibati ərazidəki əksər küçələrdə yığış sularını daşıyacaq xətt yoxdur: “Belə ərazilərin bir hissəsində əhali yağış sularının qarşısını kəsib, kanalizasiya xəttinə birləşdirib. Halbuki yağış xəttini kanalizasiyaya birləşdirmək yolverilməzdir və bu, şəhərsalma qaydalarına ziddir. Çünki torpaqla zir-zibil qarışanda xətdə çöküntü yaranır”.
Bununla belə, rayon Kanalizasiya xidməti payız mövsümünün başlanması ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır. Belə ki, imkan daxilində daha çox subasmaya məruz qalan, gölməçələrin yarana biləcəyi ərazilərdə mövcud olan yağış xətlərində təmir-bərpa işləri aparılır. Əsəd Xudiyev deyir ki, artıq N.Yusifbəyli küçəsindəki yararsız yağış xətləri bərpa olunub. Həmçinin 2 ay ərzində həmin küçədə 7-8 metr dərinliyində kanalizasiya xətti də qurulub: “İndi həmin ərazilərdə yenidənqurma işlərini yekunlaşdırmışıq. Ancaq çox yerlərdə belə təmir işlərinə ehtiyac var. Çünki kanalizasiya xətləri köhnəlib sıradan çıxıb. Məsələn, Topçubaşov küçəsində bir neçə ünvanda, “Nobel qardaşları” küçəsindəki kanalizasiya xətləri tamamilə dəyişilməlidir”.
Mühəndis kanalizasiya və yağış xətlərinin qışa hazır vəziyyətə gətirilməsi üçün bütün imkanlardan istifadə etdiklərini deyir. Həmçinin maliyyə vəsaiti olmadığından reallaşmayan gələcək planlar da siyahılaşdırılaraq yuxarı orqanlara göndərilib: “Gələcək planlarımızı yazıb siyahılaşdırmışıq ki, hansı ərazilərdə yağış xətti çəkmək, yaxud təmir işləri aparmaq lazımdır. Həmin siyahıları Rayon İcra Hakimiyyətinə, “Azərsu”ya, Bakı Kanalizasiya Xidməti İdarəsinə, Fövqəladə Hallar Nazirliyinə göndərmişik. Amma təzə kanalizasiya xətti çəkmək işinə biz baxmırıq. Söz veriblər ki, 2013-cü ilədək ehtiyac olan ərazilərdə yeni yığış xətləri yaradılsın, yararsız xətləri dəyişdirilsin. Biz də öz siyahımızı təqdim etmişik, nə vaxt material gəlsə, işləyəcəyik”.
Əsəd Xudiyev növbəti payız-qış mövsümündə yağıntıların daha çox olacağı barədə proqnozlardan xəbərdardır. Deyir ki, bununla bağlı daha çox su yığınlarının toplandığı ərazilərdə, tez-tez tutulan barmaqlıqlarda təmizləmə işləri aparılır: “Artıq təmizləmə işləri “Azadlıq” prospektində, R.Behbudov küçəsində demək olar ki, başa çatıb. Hazırda M.Qaşqay və 28 May küçələrində bu işlər davam etdirilir”.
Bununla belə, mühəndis rayon ərazisində nə qədər yağış xəttinin çəkilməli olduğunu bilmir. Onun sözlərinə görə, indi nəinki Nəsimi rayonunda, heç bütövlükdə Bakı şəhərinin neçə faizində yığış və kanalizasiya xətlərinin olmadığını heç kəs hesablamayıb.
5 layihəyə 3,3 milyon manat
Xatırladaq ki, son 6 ildə (2005-2010) təkcə Bakı şəhərində yağış kollektoru və kanalizasiya xətlərinin bərpasına və yeni xətlərin tikintisinə ümumilikdə 94 milyon 859 min 200 manat vəsait yönəldilib. Həmin dövr ərzində dövlət büdcəsindən bu istiqamətə ən böyük vəsait ayırmaları 2008-ci ilə (35 milyon 690 min manat) təsadüf edir. Bundan başqa, 2005-2010-ci illər ərzində paytaxtın su ilə paralel kanalizasiya xətlərinə də ayrıca vəsait xərclənib.
Büdcə sənədlərinə əsasən, son 6 ildə yalnız yağış xətlərinin tikintisinə də vəsait sərf olunub. Belə ki, 2010-cu ildə Nobel prospektində Keşlə yağış kollektorunun Zığ özüaxımlı kollektoruna birləşdirilməsinə 190 min, həmin prospektdə 8-ci kilometr yağış kollektorunun Zığ özüaxımlı kollektoruna birləşdirilməsinə isə 171 min manat ayrılıb. Bundan başqa, 2006-cı ildə Ə.Ələkbərov, Akimov, Dadaşov küçələri üzrə Tbilisi prospektindən başlayaraq kanalizasiya kollektorunun qurulmasına 500 min, 2008-ci isə ildə Bibiheybətdə 32 saylı kanalın yenidən qurulması, ərazidəki yaşayış massivlərinin təsərrüfat-məişət və yağış kanalizasiyasının və təmizləyici qurğuların tikintisinə 1 milyon manat xərclənib. Həmçinin 2008-ci ilin dövlət büdcəsindən Türkiyənin Bakıdakı səfirliyinin ərazisindən keçən yağış kanalizasiyasının köçürülməsinə 1 milyon 500 min manat yönəldilib.
Yağış suları aerostaniyaya…
Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyir ki, son illərdə Bakının kanalizasiya sistemində yalnız bir dəyişiklik var. Bu, Dənizkənarı Bulvar istiqamətdən 7-8 boru vasitəsilə Xəzərə axıdılan tullantı sularının istiqamətinin aerostansiyaya yönəldilməsidir. Onun sözlərinə görə, həmin xətlər həm də yağış kanalizasiyası rolunu oynayırdı və bu səbəbdən yağış sularının paytaxt küçələrindən gətirdiyi zir-zibil dənizə tökülürdü.
Ekspert bildirir ki, ümumiyyətlə, Azərbaycanda çoxları yağış kanalizasiyasının nə demək olduğunu bilmir. Onun sözlərinə görə, yağış kanalizasiyası küçələrin kənarlarında yeraltı kanal şəklində olmalıdır. Həmin kanalın içərisində isə ümumi kanala çıxışı olan borular qoyulmalıdır və yağış suları həmin borular vasitəsilə axmalıdır: “Amma bu gün Bakının heç 2/3 hissəsində bu cür kanalizasiya sistemi yoxdur. Ona görə də Bakıda fəaliyyət göstərən kommunal xidmət qurumları yeni kanalizasiya sistemləri qurmağa məcburdurlar. Özü də böyük diametrli kanalizasiya boruları ilə. Bunsuz Bakını yağış gölməçələrindən azad etmək mümkün deyil”.
Telman Zeynalov asfalt çəkilərkən yolun sağında və solunda yağış kanalizasiyasının çəkilməsinin unudulmasından da şikayətlənir. Onun sözlərinə görə, yollar və küçələr salınarkən, yenidən qurularkən kanalizasiya xətləri də çəkilsəydi, yağış yağanda Bakının küçələrində bu səviyyədə su yığınları qalmazdı.
Ekoloq-alimdən maraqlı təklif
Müsahibimiz onu da söyləyir ki, son 20 ildə Bakıda yüzlərlə hündür binalar, böyük yaşayış sahələri salansa da, həmin ərazilərdə kanalizasiya sistemi yaradılmayıb. Həmin məhəllələrdə, küçə və parklarda ya yağış və məişət kanalizasiyası ya yoxdur, ya da sovet dövründən tikilmiş qovşaqlara qoşulub. Nəticədə yeni yaşayış sahələri də yağış sularının əhatəsində qalır: “Şəxsən mən şəhər təsərrüfatı ilə maraqlanan mütəxəssis kimi, son 20 ildə Bakıda yağış kanalizasiyasının tikildiyinə rast gəlməmişəm. Yadımdadır, sovet dövründə “Azadlıq” prospekti boyunca Xəzər dənizinə qədər böyük diametrli kanalizasiya xətti çəkilmişdi. Bu o vaxt idi ki, həmin ərazilərdə yaşayış binaları tikilirdi. Amma indi nə məişət kanalizasiyası var, nə də yağış xətti, hər ikisi qarışıq şəkildə Xəzərə axıdılır”.
Ekoloq-alim deyir ki, şəhərsalma qaydalarına görə, yaşayış sahələri yaradılarkən iki növdə – yağış suları və məişət tullantılarının maneəsiz axıb getməsi üçün kanalizasiya xətləri çəkilməlidir. Yağış xətti yağış sularının ərazidən kənarlaşdırılması üçün çox vacibdir. Telman Zeynalovun fikrincə, yağış suları üçün hətta xüsusi anbarlar da yaradıla bilər. O, bu anbarlara yığılan yağış sularının yay aylarında təsərrüfat məqsədləri, o cümlədən Abşeron bağlarının, yaşıllılıqların suvarılmasında istifadə edilməsini təklif edir.
“Yağış suyunu bir yerə toplayıb ondan həm də istilik məqsədləri üçün istifadə etmək olar. Mən yüz faiz əminəm ki, bu sulardan söylədiyim istiqamətlərdə istifadə etmək mümkündür. Sadəcə, məsələyə ciddi yanaşmaq, layiqli layihələr hazırlayıb orta qoymaq lazımdır. Hazırda bu təcrübədən dünyanın əksər ölkələrində bəhrələnirlər. Hətta Qazaxıstan və Özbəkistanda da yağış sularını bir yerə yığıb, ondan suvarmada istifadə edirlər” – deyə, Telman Zeynalov bildirir.
2013-cü ilə hesablanmış layihə
“Azərsu” ASC-nin Bakı Kanalizasiya İstehsalat Birliyindən Lent.az-a bildiriblər ki, paytaxt ərazisindəki kanalizasiya xətlərinin üçdə biri istismar müddətini başa vurub. Bu səbəbdən də mövcud sistemin yükgötürmə qabiliyyəti aşağı olduğundan qar suyu şəhərin küçələrində problemlər yaradır. Belə xətlər daha çox şəhərin 1960-70-ci illərədək salınmış yaşayış məntəqələrindədir. Əksəriyyəti müharibə dövründə və 1950-ci illərdə tikilmiş belə kanalizasiya borularının diametri də olduqca azdır - 200 millimetr.
Birliyin mütəxəssislərinin fikrincə, normal kanalizasiya borularının diametri heç olmasa, 400-500 millimetr olmalıdır ki, onların su, tullantı keçirmə qabiliyyəti tələbata uyğun olsun. Ancaq boruların diametri kiçik olduğundan, onların içi zibillə dolur, tıxaclar yaranır və Bakı küçələrinin su ilə dolması da bundan başlanır.
Kanalizasiya xətlərinin qismən dəyişdirildiyi Rəşid Behbudov, Fətəli Xan Xoyski, Süleyman Rüstəmov, Səməd Vurğun küçələrini, Zərifə Əliyeva, Bakıxanov prospektlərində isə yağış gölməçələrinə o qədər də rast gəlinmir.
Leysan yağışlarından sonra küçələrini su basan paytaxtda vəziyyətə gəlincə, Bakı Kanalizasiya İstehsalat Birliyində deyirlər ki, bu problemin həlli məqsədilə “Azərsu” ASC tərəfindən müxtəlif layihələr hazırlanıb. Həmin layihələrdə 2013-cü ilədək Bakının mərkəzində 50-dən çox yaşı olan ən azı 20 yağış kollektoru və kanalizasiya sistemlərinin əsaslı təmir edilməsi nəzərdə tutulur. Həmçinin bu sahədə Türkiyənin və digər ölkələrin təcrübəsindən də istifadə ediləcək.
Tanınmış memar Emil Axundov isə Bakının vahid kanalizasiya sisteminin qurulması üçün yeni baş plan hazırlanmasını vacib sayır. Onun sözlərinə görə, istismar müddətini başa vurmuş magistral kanalizasiya xətləri elə vəziyyətə gəlib çatıb ki, onlar tam yeniləşməsə, 4-5 ilə Bakının çox hissəsi kanalizasiya sularına qərq olacaq: “Avtomobil yolları və körpülərin, çoxmərtəbəli binaların tikintisi zamanı ərazinin mövcud kanalizasiya sistemlərinin imkanları nəzərə alınmır. Əvvəl kiçik bir tikili aparan zaman su və kanalizasiya idarələri də sənədləşmə zamanı tərəf kimi iştirak edirdi, onların rəyi alınırdı. Amma indi necə gəldi, kanalizasiya xətləri bir yerə qoşulur, onlar da yağış, qar yağan kimi tutulur və ətrafa daşır”.
Ekspert deyir ki, Bakının yağış və qar sularından təmizlənməsi üçün kanalizasiya sisteminin yükgötürmə qabiliyyəti ən azı 18-20 dəfə artırılmalıdır. Çünki mövcud boruların diametri yağış sularını daşımaq gücündə deyil.
Bahalı iş
“Azərsu” ASC-nin istehsalat-texniki idarəsinin rəis müavini Eyyub İsmayılov isə Lent.az-a bildirib ki, hazırda Bakı şəhərindəki mövcud yağış kanalizasiyasının çoxu Səbail və Nəsimi rayonlarının ərazisindədir. Həmçinin Yasamal, Nərimanov rayonlarında, “8-ci kilometr”, Əhmədli qəsəbələrinin də bəzi ərazilərində yağış kanalizasiyası quraşdırılıb. Onun sözlərinə görə, hazırda paytaxt ərazisində cəmi 131 kilometr uzunluğunda yağış kanalizasiyası var. Bu isə Bakıda ümumi kanalizasiya xətlərinin 1/10 hissəsini təşkil edir. Şəhər ərazisinin isə cəmi 30 faizində yağış kanalizasiyası var.
Rəis müavini deyib ki, Bakıda yağış sularının axıdılmasını təmin etmək üçün “Azərsu” tərəfindən təxminən 10 layihə hazırlanıb. Bu layihələr əsasən, paytaxtın yağış xətlərinin az olduğu Yasamal, Nərimanov rayonlarının ərazisində reallaşmalıdır: “Bu layihələrin hamısını Su-Kanal Layihə İnstitutu hazırlayıb. Ancaq gərək vəsait ayrılsın ki, bu layihələri həyata keçirək. Üstəlik, şəhərin mərkəzini qazıb tökmək də narahatlıq yaradır. Yağış kanalizasiyası bir qədər dərin olduğundan şəhərin mərkəzini qazıb dağıtmaq olmur”.
Elə bu cür yanaşma səbəbindən paytaxtın yağış kanalizasiyası ilə təminatı üçün hazırlanmış layihələr hələ Nazirlər Kabinetinə təqdim olunmayıb. Eyyub İsmayılov deyir ki, kanalizasiya sistemlərinin bərpası və tikintisi məqsədilə dövlət büdcəsindən ayrılan vəsait azdır. Onun sözlərinə görə, hər il bu vəsaitlərin cüzi bir hissəsi yağış xəttinin, yerdə qalanı isə məişət kanalizasiyasının yenilənməsinə sərf olunur.
Müsahibimiz paytaxtın yağış kanalizasiyası ilə tam təminatı üçün nə qədər vəsaitə ehtiyac olduğunu söyləyə bilməsə də bunun bahalı iş olduğu qənaətindədir: “Kanal təsərrüfatı çox bahalı və çətin işdir. Çünki istər məişət, istərsə də yağış kanalizasiyası yerin altında dərinliyə doğru getməlidir. Su, qaz xətti düz də tikilə bilər. Yağış xətti isə maili olmasa, su axıb getməyəcək. Maililik çox olanda isə onu tikmək çətinləşir. Ona görə də yağış kanalizasiyası bahalı iş sayılır”.
Elxan SALAHOV

1659