Müqəddəs ocaqlara təhlükəli ziyarət - ARAŞDIRMA - FOTO
Oktyabrın 13-də İraqa ziyarətə gedən azərbaycanlı zəvvarların olduğu avtobusun partladılması nəticəsində ölən azərbaycanlı zəvvar İntiqam Rüstəmovun meyiti bir neçə gün əvvəl ailəsinə təhvil verilib. Partlayış zamanı yaralanan 3 azərbaycanlı zəvvar da artıq xəstəxanadan buraxılıblar.
Özəl turizm şirkətin xətti ilə Azərbaycandan İraqa ziyarətə gedən 54 nəfərlik qrupa mərhum İntiqam Rüstəmov rəhbərlik edirdi. İraqın Diyala əyalətində baş verən hadisə zamanı yaralanmış soydaşlarımız Kazimiyyə xəstəxanasına yerləşdirilmişdi.
Hadisədən sonra Azərbaycanda İraq və İranın müxtəlif şəhərlərində müqəddəs sayılan dini ziyarətgahlara ziyarətlərin təşkili, bu səfərlərdə müsəlmanların təhlükəsizliyi məsələləri çoxlu suallar yaradır. Hətta Məşhəd, Kərbəla, Nəcəf və digər şəhərlərə ziyarətlərin müsəlmanlar üçün vacib olub-olmadığı da müzakirə və mübahisə obyektinə çevrilib.
Lent.az həmin şəhərlərə ziyarətlərin təşkili qaydaları və mövcud duruma aydınlıq gətirmək üçün kiçik araşdırma aparıb. Məlum olub ki, belə ziyarətlərin təşkili əsas etibarilə özəl turizm şirkətlərinin özfəaliyyətindən başqa bir şey deyil. Hətta Azərbaycanda fərdi insanlar belə, adı çəkilən şəhərlərə bu cür səfərlər təşkil etməkdə sərbəstdirlər.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin rəhbəri hacı Müqəddəs Payızov deyir ki, onun təmsil etdiyi qurum artıq bir neçə ildir, İraqa zəvvar göndərmir. Səbəb müharibə şəraitində olan, hər gün terror aktlarının törədildiyi İraqda təhlükəsizliyə təminatın olmamasıdır. Ancaq azərbaycanlı zəvvarların bir qismi bu cür təhlükələri nəzərə almadan ən müxtəlif yollarla İraqa ziyarətlərini davam etdirir.
“Bizim bu işlərə qarışmaq səlahiyyətimiz yoxdur”
İranda isə təhlükəsizlik problemi demək olar ki, yoxdur. Hacı müqəddəs Payızov deyir ki, İranda təhlükəsiz həyat şəraiti hökm sürür və Məşhədə ziyarət üçün heç bir təhlükə yoxdur. Bu səbəbdən elə QMİ-nin özü də İranın Məşhəd şəhərinə ziyarətlər təşkil edir. Belə ki, idarə ziyarətçilərin sayından asılı olaraq, ayda 2-3 dəfə Məşhədə 20-25 nəfərlik turlar təşkil edir. Onun sözlərinə görə, növbəti ziyarətdə iştirak etmək istəyən bir qrup noyabrın 25-dək getməlidir: “İraqda isə müharibə vəziyyətidir, partlayışlar və terror hadisələri tez-tez baş verir. Bu səbəbdən biz Kərbəlaya belə turları hələlik məqsədəuyğun saymırıq. Yəni biz Kərbəla ziyarətləri təşkil etmirik və bizim bunlardan xəbərimiz yoxdur. Kərbəlaya ziyarəti özəl firmalar təşkil edir. Onların buna səlahiyyəti olub-olmadığını isə Mədəniyyət və Turizm Nazirliyi bilir. Çünki o şirkətlər lisenziyalarını nazirlikdən alırlar”.
Həmin şirkətlərin təşkil etdiyi turlar zamanı baş verə biləcək hadisələrdə zəvvarların həyatına və sağlamlığına yarana biləcək təhlükəyə gəlincə, bunun məsuliyyətin heç kim üzərinə götürmür. Hacı Müqəddəs Payızov deyir ki, QMİ-nin bu işlərə qarışmaq səlahiyyəti yoxdur: “Biz nə hüquq-mühafizə orqanıyıq, nə də ayrı-ayrı şirkətlərin təşkil etdiyi turlara nəzarət edən”.
QMİ rəsmisinin fikrincə, turizm şirkətlərinə lisenziyanı Mədəniyyət və Turizm Nazirliyi verir. Firmaların lisenziya sənədlərində isə onun fəaliyyət istiqaməti qarşısında “xarici turizm” sözləri yazılır. Bu səbəbdən də zəvvarları İran və ya İraqa aparan şirkətlərə nazirlik nəzarət etməlidir.
Xatırladaq ki, Kərbəla və Məşhəddən başqa Nəcəfdə, Kufədə, Samirədə imamların qəbirləri var. Elə şiə müsəlmanları da ən çox ziyarətə məhz bu şəhərlərə gedir. Ancaq QMİ təhlükəsizliyə zəmanət verə bilmədiyindən İraqda heç bir ziyarət təşkil etmir və bu iş bütünlüklə özəl şirkətlərin, ayrı-ayrı qrupların öhdəsinə buraxılıb.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva isə İrana və İraqa ziyarətlər təşkil edən turizm şirkətlərinin onlardan razılıq almadığını deyir. Müsahibimiz turizm şirkətlərinin lisenziyanı nazirlikdən aldığını təsdiqləsə də, onların hansı ölkələrə və şəhərlərə tur təşkil etməsinin icazəli olub-olmadığını bilmir: “Amma düşünürəm ki, dini ziyarət təşkil edən firmalar Qafqaz Müsəlmanları İdarəsindən razılıq almalıdır”.
Ziyarət də ucuzlaşıb
Binəqədi dini icmasının rəhbəri Mirpaşa Bayramov da deyir ki, əslində Həcc, Məşhəd və Kərbəla ziyarətlərini QMİ təşkil etməlidir. Həmçinin bu işlə məşğul olan şirkətlər də QMİ-dən razılıq almalıdır: “Amma indi elə bir vəziyyət yaranıb ki, artıq şəxsi adamlar da belə ziyarətlər təşkil edir. Çünki viza rejimi də aradan qaldırılıb və bu, Məşhəd, Kərbəla ziyarətlərinin təşkili işini asanlaşdırıb: “Viza rejimi olanda insanlar 36 avro ödəyib İrana, oradan isə Kərbəlaya keçirdilər. İndi heç bu da yoxdur, üstəlik qiymətlər də ucuzlaşıb”.
Maraqlıdır ki, hazırda Azərbaycanda bu işlə məşğul olanların hesabatı da aparılmır. Bu səbəbdən də müqəddəs dini ibadət ocaqlarına ziyarət təşkil edənlərin konkret sayını da bilən yoxdur. Belə vəziyyət isə fərdi şəkildə ziyarət təşkil etmək istəyən və bu ziyarətlərə bir növ ticarət kimi baxanlar üçün daha əlverişlidir. Belə ki, bir neçə dəfə müxtəlif şəhərlərə ziyarətə gedib-gələn zəvvar yolları tanıdıqdan sonra bunun sadə iş olduğunu görür və başlayır özü belə ziyarətlər təşkil etməyə.
Araşdırma zamanı o da məlum olur ki, şəxsi adamların təşkil etdiyi ziyarət səfərlərinin qiyməti bir qədər ucuzdur. Belə ki, fərdi şəxslərin təşkil etdiyi ziyarətlərdə qiymətlər QMİ-nin müəyyən etdiyi qiymətlərdən 20-30, bəzi hallarda 40 manat aşağı olur. Məsələn, QMİ Məşhəd ziyarətinə bir nəfəri 100-120 manata aparırsa, fərdi adamların təşkil etdiyi səfərlərdə qiymət 70-80 manat civarındadır. Bu səbəbdən də zəvvarların çoxu QMİ-nin xətti ilə deyil, fərdi qruplarla ziyarətə daha çox üstünlük verir.
Bununla belə, fərdi şəxslərin təşkil etdiyi ziyarət səfərləri qeyri-rəsmi olduğundan nə Azərbaycan, nə də getdiyi ölkə qarşısında öhdəliyi olmur. Bu səbəbdən ziyarət dövründə hər hansı hadisə və ya problem yaranan zaman təşkilatçı onun həlli məsələsini qaldıra bilmir. Mirpaşa Bayramov hesab edir ki, QMİ-nin təşkil etdiyi ziyarətlər rəsmi olduğundan belə problem çıxdıqda onu həll etmək daha asan olur. Məsələn, QMİ-nin apardığı qrupda bir nəfər yolda dünyasını dəyişibsə, onun cənazəsini idarə öz nüfuzu hesabına Azərbaycana gətirə bilir: “Özəl qruplar isə belə hallarda qalır ortada, bilmir nə etsin. Bir tərəfdən deyirlər ki, qanunsuz iş tutmusan, vergidən yayınmısan, cənazə yaddan çıxır, düşürlər bunun üstünə ki, qanunsuz ziyarətlə məşğul olursan”.
Kreditlə ziyarət
Mirpaşa Bayramov bir mühüm məqamı da qeyd edir ki, İrana, iraqa dini ziyarətlərin təşkili üçün heç bir rəsmi razılıq tələb olunmur. Onun sözlərinə görə, viza rejiminin tətbiq olunduğu vaxtlarda da fərdi adamların ziyarət təşkil etməsi hallarına tez-tez rast gəlinirdi: “İndi vizanın olmaması qiymətin aşağı düşməsinə təsir edir. Yəni ziyarətə gedənlər artıq viza üçün tələb olunan 40-50 dollar məbləğində xərcdən azaddır”.
Yeri gəlmişkən, hazırda pərakəndə şəkildə yalnız Həccə getmək mümkün deyil. Ötən ilə qədər isə “Karvan”, “Tur”, “Prezident” şirkətləri bu işlə məşğul olurdu. Bu şirkətlərin hər birinin 200-300 kvotası vardı və onlar Həccə ziyarətçilər aparırdı. Hazırda isə Həcc ziyarəti yalnız QMİ-nin özü tərəfindən həyata keçirilir. Məşhəd, Kərbəla, Dəməşq və başqa şəhərlərə ziyarət isə pərakəndə olaraq davam etdirilir.
Mirpaşa Bayramov bunu “ağır məsuliyyət” kimi dəyərləndirir. Onun sözlərinə görə, fərdi şəxslərin 30-40 nəfərlik zəvvar heyətinin məsuliyyətini üzərinə götürüb Kərbəla kimi təhlükəli və uzaq yerə aparmaq çox risklidir: “Elə adamlar bu qrupa başçılıq edir ki, onların bu sahədə heç təcrübələri və peşəkarlığı da yoxdur. Hətta şirkətlər də insanlara belə bir səfəri təklif etsələr, onlar o şirkətlə bağlı məlumatlı olmalıdırlar. Ən azından bilməlidirlər ki, bu şirkətin dövlət qeydiyyatı var, yoxsa yox. Yaxud ona belə ziyarətlər təşkil etmək səlahiyyəti verilibmi? Sabah bu şirkətin apardığı zəvvarlardan biri İraqda dünyasını dəyişsə, onun Azərbaycana qaytarılması hansı proseduralarla həyata keçiriləcək?”
Mirpaşa Bayramov bu yaxınlarda şahidi olduğu maraqlı bir faktı da söyləyir. Onun sözlərinə görə, Bakı küçələrinin birində rastlaşdığı elanda 450 manata Kərbəlaya ziyarətin təşkil olunduğunu, pulu olmayanların bu vəsaiti kredit yolu ilə ödəyə biləcəyi yazılıbmış: “Mən bu elanı Sahil qəsəbəsində görmüşdüm. Doğrudan da gülməlidir, bu, maşın, ya ev deyil ki, gedib kreditlə alasan. Təsəvvür edirsinizmi, Kərbəla, Məşhəd ziyarətləri nə qədər ucuzlaşdırıblar? Axı, nə vacibdir ki, pulu olmayan adam borc alıb ziyarətə getsin?”.
Nəzərə alsaq ki, İslamda kredit, sələm haram sayılır, onda ziyarətlərini bu yolla reallaşdıran dindarların daha bir səhvə, dində qəbul edilməyən hərəkətə yol verdiyi qənaəti yaranır. “Mənəvi dünya” İctimai Birliyinin sədri, ilahiyyatçı, hacı Şahin Həsənli də bu qənaəti bölüşür. Onun sözlərinə görə, İslamda faizlə və ya sələmə pul alıb-vermək qadağan edilir. Bu səbəbdən də vəsaitə ehtiyacı olan müsəlmanlar yalnız İslam qaydaları ilə fəaliyyət göstərən banklardan vəsait götürə bilərlər: “İslam bankları ilə razılaşmanın müəyyən niyyətləri olur. Amma kredit götürmənin prosedura təxminən eyni qaydada tətbiq olunur”.
İlahiyyatçı deyir ki, ümumiyyətlə, dinin tələblərinə əsasən, zərurət olmadan insanın kredit götürməsi qadağan edilir. Xüsusilə də Məşhəd və Kərbəla ziyarətlərinə səfərlərin təşkilində belə hallara yol verilməməlidir: “Borcla, yaxud kreditlə ziyarətlərə getmək düzgün hesab olunmur. Çünki bu ziyarətlər mütləq mənada vacib deyil. Yəni dinimizin təlqin etdiyi, bəyəndiyi əməllərdən biridir və bir insanın özünün Kərbəla və ya Məşhəd ziyarətlərinə imkanı yoxdursa, bu səfəri kreditlə, yaxud borcla həyata keçirməsi məqbul hesab edilmir”.
Onun fikrincə, Həccə ziyarət zamanı da eyni prinsip əsas götürülür. Belə ki, insanın maddi durumu onun Həcc ziyarətinə getməyə və ailəsinin xərcini ödəməyə kifayət edirsə, bu ziyarət vacib sayılır. Əksinə, belə bir imkan yoxdursa, bu ziyarətə yollanmaq düzgün deyil.
1 siyahı, 1 avtobus, 30-40 zəvvar...
Bir neçə dəfə fərdi qaydada Məşhəd və Kərbəla ziyarətində olan Xuraman Həsənova indi özü belə səfərlərin təşkili ilə məşğuldur. Daha doğrusu, Masallının tanınmış dindarlarından olan Hacı Əliniyazla birgə zəvvar qrupları təşkil edir. Bu qruplara rəhbərliyi isə onun şəriki öz üzərinə götürür. Xuraman Həsənova fərdi qaydada ziyarətin təşkili prosedurundan danışarkən bildirir ki, onlar ziyarətə getmək istəyənlərin xahişi ilə bu işi təşkil edirlər: “30-40, bəzən də 50 nəfər müraciət edir. Biz onların siyahısını tuturuq, bir avtobusun tuta biləcəyi say düzəldikdən sonra yola düşürük”.
Müsahibimiz deyir ki, Kərbəlaya ziyarət zamanı zəvvarlar İraqın sərhədinə, Mehrabadadək Bakıdan götürdükləri avtobuslarla gedirlər. Orada zəvvarlar avtobusu İraqdan gələn və xüsusi təhlükəsizlik qruplarının nəzarət etdiyi başqa avtobusa dəyişərək Kərbəlaya yollanır. Yolboyu zəvvarlar İranın sərhədlərində yerləşən ziyarət yerlərinə, Qum şəhərinə baş çəkir. Oradan isə birbaşa Məşhədə gedirlər.
Xuraman Həsənova bildirir ki, Məşhədə gedib-qayıtmaq təxminən bir həftə, Kərbəla ziyarəti iki həftə çəkir. Onun sözlərinə görə, fərdi şəkildə ziyarətin təşkili müvafiq razılıq məsələlərini qrupun rəhbəri, yəni Hacı Əliniyaz həll edir. Ancaq bunun üçün rəsmi razılıq tələb olunmur: “Sadəcə, ziyarət olunan yerlərdə azərbaycanlı zəvvarları qarşılayan, orada onlara nəzarət edən ayrıca idarə var. Həmin idarəyə əvvəlcə zəng vurulur ki, filan qədər zəvvar gəlir. O isə orada zəvvarlar üçün oteldə yer tutur”.
Zəvvarların təhlükəsizliyinə gəlincə, Xuraman Həsənova deyir ki, həm şəxslər özləri, həm da onları aparan avtobus sığorta olunur: “Mən bu işin detallarını bilmirəm. Çünki sığorta məsələləri ilə Hacı Əliniyaz məşğul olur və rəhbər kimi hər şeyə o özü nəzarət edir. İndi o növbəti ziyarətdən qayıdır, hazırda yoldadırlar”.
Azyaşlı uşaqlar da ziyarətə gedir
Müsahibimiz şükür edir ki, təşkil etdikləri indiyə qədərki səfərlərin heç birində problem olmayıb: “Sonuncu dəfə bir həftə əvvəl Məşhəddə İmam Rzanın ziyarətindən qayıtmışam. Özüm getmişəm, sığorta işini Hacı Əliniyaz həll edib” - deyə, Xuraman Həsənova bildirir.
Məsələni araşdırarkən daha maraqlı bir fakt da üzə çıxır. Məlum olur ki, fərdi şəxslərin təşkil etdiyi ziyarətlərdə həddi-buluğa çatmamış, hətta 4-5 yaşlı uşaqlar da iştirak edir. Xuraman Həsənzadə deyir ki, bəzi valideynlər ziyarətə gedərkən könüllü olaraq azyaşlı uşaqlarını da özləri aparır. Bu halda həmin uşaqların pasport yaşı çatmadığından onlar ziyarət xərclərinin yarı faizini ödəyir: “Məktəb yaşına çatmış uşaqların qiyməti ayrıdır, yaşı daha yuxarı olan uşaqlar üçün isə adambaşına xərcin 50 faizi həcmində pul ödənməlidir. Elə adamlar var ki, ziyarətə ailəvi şəkildə gedir və kiçik yaşlı uşaqlarını da aparırlar. Bu uşaqlar valideynlərinin qucağında gedirsə, onlardan haqq alınmır”.
Belə məlum olur ki, Azərbaycanda heç kəs İraqda, İranda imamlarımızın qəbirlərini ziyarətə gedənlərin təhlükəsizliyinə zəmanət vermir. Heç rəsmi qurumlar, Qafqaz müsəlmanlarını öz çətiri altında birləşdirən ictimai mərkəz də bu məsələdə həvəsli görünmür. Daha çox biznes maraqlarını güdən fərdi qruplara bel bağlamaq isə təhlükəni bir az da artırır.
Allah ibadətinizi qəbul eləsin!
Elxan SALAHOV

2346