Dərsliklərin keyfiyyəti necə tənzimlənir? - ARAŞDIRMA
Azərbaycan orta məktəblərində mövcud olan dərslik çatışmazlığı problemi həmin vəsaitlərin keyfiyyətinə də diqqət yönəldib. Bəzi mütəxəssislər dərslik çatışmazlığının bir səbəbini də vəsaitlərin keyfiyyətsiz çapı ilə əlaqələndirirlər. Onların dediyinə görə, dərsliklər keyfiyyətsiz çap edildiyindən bir illik istifadədən sonra yarasız hala düşür və sıradan çıxır. Dərsliklərin çapında hansı standartlar var və onlara əməl edilirmi?
Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı APA-ya bildirib ki, nazirlik dərsliklərin poliqrafik keyfiyyətinə daim nəzarət edir. Onun sözlərinə görə, dərsliklərin çapı ilə bağlı tender elan edəndə bu sahədə şərtlər toplusu da açıqlayır. Şərtlər toplusunda kitabın rəngindən tutmuş, onun hazırlanmasında istifadə edilən vasitələrədək bütün məsələlər öz əksini tapır: “Diqqət yetirilir ki, həmin nəşriyyat kitabı hazırlayarkən nədən istifadə edəcək. Dərsliyin keyfiyyətli və dözümlü olması üçün həm yapışqandan, həm də sapdan istifadə edilməlidir. 4-5 il əvvəl Azərbaycanda bütün dərsliklər yalnız termoyapışqanla hazırlanırdı. Bu yapışqanla bir-birinə yapışdırılan vərəqlərin dözümlülüyü az olurdu. Bu il artıq beşinci ildir ki, kitablar termoyapışqanla yapışdırılmaqla bərabər həm də sapla tikilir. Bu, vərəqlərin qopmasının qarşısını alır və kitablar daha dözümlü olur”.
F.Şahbazlı deyib ki, bütün bu şərtlər razılaşdırıldıqdan sonra dərsliklərin çapı üçün nəşriyyatla müqavilə bağlanır: “Yəni bu şərtlərdən kənara çıxmaq olmaz. Kitablar çapa hazırlanandan sonra bizə göndərilir. Burada həmin dərsliklərə baxılır, ekspertizadan keçirilir və təsdiqləndikdən sonra kitab çapa göndərilir. Kitab bizim standartlara uyğun gəlməsə, onu çap üçün imzalamarıq”.
Şöbə müdiri məktəblərdə dərsliklərlə davranış qadalarının aşılanmalı olduğunu bildirib. Onun sözlərinə görə, bu təbliğatın aparılması məktəb direktoru, sinif rəhbəri və valideynlərin üzərinə düşür: “Dərslik kağızdan hazırlanır. Onunla ehtiyatla rəftar olunmalıdır. Hazırda məktəblərdə bir neçə il istifadə edilən yaralı dərslilərimiz çoxdur. Amma yararsız hala düşən dərsliklərimiz də olur. Belə dərslikləri dəyişirik”.
XXI əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev APA-ya Azərbaycanda çap olunan dərsliklərin keyfiyyətinin qənaətbəxş olmadığını deyib. Onun sözlərinə görə, bu səbəbdən dərsliklər bir tədris ilindən növbəti tədris ilinə çatdırıla bilmir: “Dərsliklər primitiv poliqrafiya üsulları ilə çap olunur. Üzləri nazik cildlənir və heç bir illik tədris ilində istifadəyə dözə bilmir. Kitablar tez bir zamanda yarasız vəziyyətdə düşürlər. Heç olmasa həftə ərzində daha çox istifadə edilən dərsliklərin üz qabıqları daha qalın kağızla cildlənməlidir”.
E.Əliyev dərsliklərin çap keyfiyyəti üzərində nəzarət və monitorinq mexanizminin olmasını vacib sayır. Onun sözlərinə görə, belə monitorinqlər dövlət, müstəqil ekspertlər və ya qeyri-hökumət təşkilatları tərəfindən də aparılmalıdır: “Postsovet məkanında ən keyfiyyətsiz dərsliklər Azərbaycanda çap edilir. Monitorinq metodu olmadığından bütün bu məsələlər nəzarətsiz qalıb”. Mərkəz rəhbəri dərslik bazarında apardıqları tədqiqatlar zamanı üzləşdikləri bəzi faktlardan da danışıb: “Apardığımız tədqiqat zamanı maraqlı bir fakt ortaya çıxdı. Standartlara görə, dərsliklər 80 qramlıq kağızda çap olunmalıdır. Amma müşahidə etdik ki, dərsliklər 50-60 qramlıq kağızlarda çap edilib. Bu keyfiyyət baxımından bir-birindən kəskin fərqlənən kağızlardır və o deməkdir ki, Azərbaycanda çap edilən dərsliklər standartlara uyğun gəlmir”. E.Əliyev deyib ki, ölkədə dərsliklərin çapı ilə məşğul olan poliqrafiya müəssisələri arasında rəqabət mühiti yoxdur: “Çünki, Təhsil Nazirliyi bəzi nəşriyyatlara üstünlük verir, məsələn “Təhsil” nəşriyyatına. Nazirliyin daha yüksək poliqrafiya xidmətləri həyata keçirən nəşriyyatlarla müqavilələri yoxdur”. Məktəbli dəftərlərinin də keyfiyyətinə toxunan mərkəz rəhbəri burada da vəziyyətin ürəkaçan olmadığını və dəftərlərdə şagirdlərin yaş səviyyəsinə, psixologiyasına uyğun olmayan şəkillərin əks etdirildiyini deyib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə APA-ia bildirib ki, birliyə dərsliklərdə yer alan şəkillərin keyfiyyəti ilə bağlı müraciətlər daxil olub. Onun sözlərinə görə, şəkillərdə qeyr-standart rənglərdən istifadə hallarının olub-olmadığı araşdırılmalıdır: “Bunu gigiyena, epidemiologiya orqanları araşdırmalıdır. Şəkillərin rənglənməsində qeyri standart, tərkibində zərərli, toksiki maddələrin olduğu rənglərdən istifadə oluna bilər. Bu sahədə müayinələr aparılmalıdır. Müraciətlərdə dərsliklərdəki şəkillərin rənglərinin solğun və keyfiyyətsiz olduğunu da bildiriblər”. E. Hüseynov deyib ki, dərsliklərlə bağlı birliyə edilən digər müraciətlər əsasən, onların məzmunu ilə əlaqədardır.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı APA-ya Azərbaycanda dərsliklərin keyfiyyətini tənzimləyən standartların olmadığını açıqlayıb: “Bu sahədə milli standartlar qəbul olunmayıb. Bunun üçün dövlətlərarası və beynəlxalq standartlar da tətbiq edilir. Dərsliklərin hazırlanması və tərtibatına cavabdeh qurum Təhsil Nazirliyidir. Dərsliklər nazirliyin texniki şərtləri əsasında hazırlanır”. F. Talıblının sözlərinə görə, standartlar olmadığından dərsliklərin keyfiyyəti ilə bağlı monitorinqlərin aparılması da mümkün deyil.
F.Talıblı dərsliklərdən fərqli olaraq Azərbaycanda məktəbli dəftərləri, rəsm və not dəftərlərinin hazırlanmasında dövlət standartlarının mövcud olduğunu bildirib. Onun sözlərinə görə, bu, AZS 238 standartıdır və bu standart xalq istehlakı, tələbləri və ixrac üçün istehsal olunun dəftərlərə şamil edilir: “Bu standartın tələbləri məcburidir. Standartda məktəbli dəftərlərinə olan texniki tələblər öz əksini tapır. Dəftərlər həmin qaydalar üzrə təsdiq edilmiş nümunə etalonlar üzrə hazırlanmalıdır. Standartlarda onların ölçüləri və parametrləri, xətlərin yerləşdirilməsi, və görüntüsü üçün normalar qeyd edilir. Orada markalanma, qablaşdırma, qəbul qaydaları, daşınma və saxlanma qaydaları da öz əksini tapıb. Azərbaycanda istehsal olunan və idxal olunan dəftərlərə nəzarət bu standartlar əsasında həyata keçirilir”.
Komitə sözçüsü onu da qeyd edib ki, dəftərlərin keyfiyyəti ilə bağlı monitorinqlər aparılır və nöqsanlarla bağlı qanunauyğun tədbirlər görülür. Sonuncu dəfə belə monitorinqlərin yeni tədris ilinin başlanmasına yaxın aparıldığını deyən F.Talıblı bəzi neqativ halların aşkarlandığını bildirib. Onun sözlərinə görə, dəftər bazarında standartların tələblərinə əməl etmədən istehsal edilən dəftərlərin satışının qarşısı alınıb və onları istehsal edən müəssisələrə iradlar göndərilib. Mətbuat xidmətinin rəhbəri əhaliyə müraciət də edib: “İstehlakçılardan və ictimaiyyətdən xahişimiz odur ki, qarşılaşdıqları neqativ faktlarla bağlı komitəyə məlumat versinlər”.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev APA-ya bildirib ki, qurum tərəfindən dərsliklərin keyfiyyəti ilə bağlı monitorinq aparılmır. Dərslik bazarında aparılan monitorinqlər onların qiymətlərində süni qiymət artımı hallarını araşdırmaq məqsədini daşıyır. Bu il aparılan monitorinqlər zamanı həmin sahədə neqativ hallar aşkarlanmayıb.

1171