Kameron Makevoy, Avstraliyalı üzgüçü
21 mart 2026 11:24 (UTC +04:00)

Kameron Makevoy, Avstraliyalı üzgüçü

Bu sahədə yeni rekord müəyyənləşdi

0

Avstraliyalı üzgüçü Kameron Makevoy Çində keçirilən açıq çempionatda sərbəst üsulla 50 metr üzmə üzrə yeni dünya rekordu müəyyənləşdirib.

Lent.az xəbər verir ki, bu barədə Beynəlxalq Su İdmanı Növləri Federasiyası məlumat yayıb.

Qeyd edək ki, 16 il əvvəl müəyyənləşdirilmiş rekord braziliyalı Sezar Cyela məxsus olub və 20,91 saniyə təşkil edib. Kameron Makevoy isə 50 metr məsafəni 20,88 saniyəyə qət edib. İdmançı şəxsi rekordunu da 0,18 saniyə yeniləyib.

Kameron Makevoy 2024-cü il Olimpiya Oyunlarında qızıl medal qazanıb. Onun həmçinin iki dünya çempionluğu titulu və 2016 və 2020-ci illərdə əldə etdiyi üç bürünc olimpiya medalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar