[b]Qiyas İbrahimov və Fikrət Fərəməzoğlu azadlığa çıxdı[/b]
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamının bü gün icrasına başlanılıb.
ONA-nın məlumatına görə, sərəncam 2 saylı Cəzaçəkmə Müəssisəsində də icra olunub.
Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi, ədliyyə polkovniki Mirsaleh Seyidov azadlığa buraxılacaq məhkumları təbrik edərək bildirib ki, sərəncamla bu cəzaçəkmə müəssisəsindən 31 nəfər azadlığa çıxır.
Azadlığa çıxanlar arasında jurnalist Fikrət Fərəməzoğlu və Qiyas İbrahov, jurnalist Nicat Əliyev da var.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 16 mart 2019-cu il tarixli sərəncamına əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.
1156