Prezident İlham Əliyev: “Azərbaycan Əfqanıstanda sülhün bərqərar olmasına kömək edə bilər”
23 may 2013 17:01 (UTC +04:00)

Prezident İlham Əliyev: “Azərbaycan Əfqanıstanda sülhün bərqərar olmasına kömək edə bilər”

Prezident İlham Əliyev NATO baş katibinin müavini Qabor İklodini qəbul edib. Lent.az-ın məlumatına görə, dövlət başçısı Azərbaycanla NATO arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Özünün Brüsselə, NATO-nun baş katibi Anders Foq Rasmussenin Azərbaycana səfərini məmnunluqla xatırlayan prezident İlham Əliyev həmin səfərlər zamanı aparılan müzakirələrin əməkdaşlığımızın genişləndirilməsi baxımından önəmini qeyd edib. Dövlət başçısı Azərbaycan-NATO əməkdaşlığının gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib. Azərbaycan hərbçilərinin Əfqanıstandakı beynəlxalq sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyətinə toxunan prezident İlham Əliyev vurğulayıb ki, ölkəmiz Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunması işinə təhsil, təcrübə mübadiləsi və digər sahələrdə də kömək edə bilər.


NATO baş katibinin müavini Qabor İklodi “Meydana çıxan təhlükəsizlik çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin genişləndirilməsi” mövzusunda Bakıda keçirilən konfransın önəmini vurğulayıb. NATO ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığın son illər daha da inkişaf etdiyini qeyd edən qonaq Azərbaycan hərbçilərinin Əfqanıstandakı beynəlxalq sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyətinə, ölkəmizin Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirib. O, NATO-nun Əfqanıstandakı 2014-cü ildən sonrakı missiyasında Azərbaycanın iştirakı ilə bağlı mövqeyini də yüksək qiymətləndirib.
Görüşdə enerji təhlükəsizliyi, nüvə silahının yayılmaması, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu gün həmçinin, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Byonq-Soqun başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 366
avatar

Oxşar yazılar