Oqtay Əsədov: "Danışanda, avropalıların ağızına çullu dovşan sığmır”
14 sentyabr 2015 13:12 (UTC +04:00)

Oqtay Əsədov: "Danışanda, avropalıların ağızına çullu dovşan sığmır”

“Dəhşətli müqayisə yaranıb. 7 milyon kv.km ərazisi, 1 milyard əhalisi olan Avropa 300-400 min qaçqını qəbul edə bilmir. Torpaqlarının 20 faizi işğal olunan Azərbaycan dövləti 25 ilə yaxındır bir milyondan çox qaçqını saxlayır. Amma danışanda, avropalıların ağızına çullu dovşan sığmır”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovdeyib.

 

O qeyd edib ki, bu gün Avropanın Yaxın Şərqdən gələn qaçqınları qarşılama mənzərəsi əsl konslager mənzərəsini yaradır: “Adam baxa bilmir. Mənim ürəyim ağrıyır. Qaçqınlarla qeyri-insani rəftar edirlər. Çörəyi hətta elə atırlar ki, üzr istəyirəm, sanki heyvana atırlar. Budur Avropa dəyərləri?”

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314

Oxşar yazılar