[b]Növbəti erməni təxribatı - Qarşısı alındı[/b]
Bu il martın 4-də Avropa Parlamentində (AP) “Recommendation to the Council, Commission and the Vice-President of the Commission/Higt Representative of the Foreign Affairs and Security Policy on the scope and mandate for EU Special Representatives” (Avropa İttifaq Şurası, Avropa Komissiyası və Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəyə Aİ-nin xüsusi nümayəndələrinin mandatı və fəaliyyət sahəsinə dair tövsiyələr) adlı hesabat layihəsi qəbul edilib.
Bu barədə ONA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, sənədin ilk versiyasında AP-nin ermənipərəst üzvləri Eleni Teoharus və Çariz Tannok (Charles Tannok) tərəfindən münaqişə ilə bağlı Azərbaycanın mövqeyinə zidd təqdim edilmiş düzəlişlərdə Aİ-nin xüsusi nümayəndələrinin münaqişə bölgələrinə səfərlərinin (Dağlıq Qarabağ bölgəsi ayrıca olaraq vurğulanıb) təşviqi “xalqların öz müqəddəratını təyin etmə”, “gücdən istifadə etməmə və güclə hədələməmə” prinsiplərinə istinad olunurdu.
Azərbaycanın Avropa İttifaqındakı nümayəndəliyi sözügedən ünvansız düzəlişin ümumi və qeyri-dəqiq xarakter daşımasına diqqət çəkib. Ermənipərəst çevrələrin bu kimi ənənəvi pozuculuq fəaliyyətinə baxmayaraq, Azərbaycana dost olan deputatlarla aparılmış birgə iş nəticəsində yuxarıdakı ifadələrin sənədin mətnində yer almasının qarşısı alınıb.
Sənədin yekun versiyasında kompromis düzəliş kimi Avropa Qlobal Strategiyasında (AQS) əks olunan ümumi prinsiplərə istinad olunub. Belə ki, sənəddə Aİ-nin münaqişələrin həllinə dair münasibətdə AQS-dakı əsas prinsipləri (ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı) rəhbər tutmasına dair öhdəliyi bir daha vurğulanır, AP-nin müvafiq sənədlərində AQS-a istinad edilməsi belə bir tendensiyanın davamlılığına və münaqişə kontekstində yekdil mövqe yaradacağına işarə edir.
Sənədin kompromis düzəlişlərində Aİ xüsusi nümayəndələrinin öz mandatları daxilində münaqişə bölgələrinə səfər edilməsinə ümumi istinad yer alsa da, Dağlıq Qarabağ münaqişəsinin bilavasitə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsinin mandatı çərçivəsinə aid olmaması Ermənistanın sözügedən istinaddan güclü arqument kimi istifadə edə bilməyəcəyi anlamına gəlir.
849