Müsavatın Divan üzvü cəbhəçilər barədə:"Onlar xəstədilər"-<span style="color:red;">BİR ŞƏKİLİN DAVASI
21 oktyabr 2014 16:52 (UTC +04:00)

Müsavatın Divan üzvü cəbhəçilər barədə:"Onlar xəstədilər"-BİR ŞƏKİLİN DAVASI

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Müsavatın Divan üzvü İkram İsrafili oğlunun toy mərasiminə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Aydın Mirzəzadəni dəvət etdiyi üçün ittiham edib.

 

Lent.az-ın məlumatına görə, F. Qəhrəmanlı özünün “facebook” sosial şəbəkəsindəki səhifəsində müsavatçıları həmişə AXCP-ni yarı yolda qoymaqda qınayıb. O, Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyevlə qohumluq münasibətlərinə də aydınlıq gətirib: “Neçə il çalışsaq da bu adamlardan bizə müttəfiq olmadı, həmişə yarıda qoyub qaçdılar. Yalan yazan şəxslər iddia edirlər ki, Əhəd Abıyev mənim qayınatamdır və mən də Əli Kərimlinin müavini olduğum üçün sabah övladlarımın toyunda Əli bəy Əhəd Abıyevlə birgə otura bilərmiş. Əvvəla Əhəd Abıyev mənim qayınatam deyil, rəhmətə getmiş qayınatamın qardaşdır. 2010-cu ilin parlament seçkilərində efirdə iqtidarın sifarişi ilə Əhəd Abıyev özünə aid olan sözlərlə AXCP liderinə qarşı təhqir səsləndirdiyi üçün bütün xalqın gözü qarşısında mən ona layiq olduğu ağır cavabı verdim. Bununla da göstərdim ki, məndən ötrü formal qohumluq bağının heç bir dəyəri və anlamı yoxdur. Mən Əhəd Əbıyev kimi insanlığa ləkə birini nəinki övladlarımın xeyir işinə çağırmaram, mənimlə bərabər həyat yoldaşım Zümrüd Yağmur da onun salamını belə almaz. Görünür, əqidə sahibi olmayanlar və ya ailəliklə ideya sahibi olmağın nə demək olduğunu anlamayanlar üçün Əhəd kimisini toya dəvət etməkdə qəbahət bir şey yoxdur ki, bizi də bu cür görürlər”.

 

O, Müsavat funksionerlərini iqtidarla əməkdaşlıqda ittiham edib: “Zatən yayılan şəkillərdən görünür ki, YAP-çılarla badə qaldırıb sağlıq vurmaqda bu adamlar qəbahət heç nə görmürlər. Yox, bəylər biz sizdən fərqliyik və ona görə də sizlər cəbhəçi əxlaqı, cəbhəçi prinsipiallığı nədir bunu anlaya bilməzsiniz".

 

F Qəhrəmanlı İsa Qəmbəri də YAP-çılarla bir masa arxasında oturmağı "şans hesab etmək"də qınayıb: "Mən Əli bəyi həm də ona görə lider sayıram ki, o da fotodakı şəxslər kimi YAP-çılarla duz-çörək kəsməz. Görünür sizlər bu cür olmadığınız üçün liderləriniz də sizə layiqdirlər. Bu da sizin seçiminizdir, istədiyiniz qədər "Aydın"lanın, nə deyə bilərik. Ancaq heç olmasa ayıbınıza kor olub mənən sizdən uca olanlara dil uzatmayın. Bu artıq siyasət deyil, daha çox həya məsələsidir. Bizlər siyasətdə necəyiksə, gündəlik həyatımızda da eləyik. Ona görə də indi meydanda biz, iqtidarın ətəyində isə sizsiniz”.

 

İ. İsrafil isə Lent.az-a açıqlamasında F. Qəhrəmanlını xəstə təfəkkürə malik olmaqda ittiham edib: “Mən onların fikirlərindən belə başa düşmüşəm ki, bu insanlar xəstədir. Mən hesab edirəm ki, Fuad Qəhrəmanlının ya da Natiq Ədilovun yaxınlarının xeyir-şər məclisi olsa, cəbhənin bileti olmayan insanları məclisə buraxmazlar. Yəni, belə düşüncə sahiblərinin sözün əsl mənasında xəstə olduqları qənaətindəyəm. Başqa söz tapmıram”.

 

Etibar Məmmədov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 717
avatar

Oxşar yazılar