İbrahimbəyov Əli Kərimli və İsa Qəmbərə qarşı: “Milli Şuranı məhv edəcəklər”
16 noyabr 2013 14:21 (UTC +04:00)

İbrahimbəyov Əli Kərimli və İsa Qəmbərə qarşı: “Milli Şuranı məhv edəcəklər”

“Əli Kərimli ilə İsa Qəmbərin həmsədr olmasına razılaşmıram. Bilirsiniz, Milli Şura üzdə olan partiyalara yeni nəfəs verdi, onları diriltdi. İndi bundan sonra həmsədrlik institutu yaradıb partiyaların liderləri də həmsədr olsalar, Milli Şuranı məhv edəcəklər”.

Lent.az-ın məlumatına görə, bunu “Bizim yol”a müsahibəsində Milli Şuranın sədri Rüstəm İbrahimbəyov deyib. O, qeyd edib ki, həmin şəxslər Milli Şurada həmsədr olsalar, qurum İctimai Palataya çevriləcək: “Gördünüz də İctimai Palatanın nəticəsi nə oldu. Ona görə deyilən təkliflə heç cür razılaşmıram. Amma Milli Şuranın qərarlarını gözləsəm də, öz mövqeyimi ifadə edirəm. Yenə deyirəm, Milli Şuranın sədri ziyalılardan biri olmalıdır, son hadisələr göstərdi ki, bu vəzifəyə uyğun şəxsiyyət Cəmil Həsənlidir. Bir daha deyirəm, Cəmil Həsənli olsa, razılaşacağam, o biri təklifi heç cür qəbul etməyəcəm”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1005
avatar

Oxşar yazılar