Arif Hacılı: “Vahid namizəd seçki gününə 1 ay qalmış təqdim olunmalıdır”
13 iyun 2013 10:56 (UTC +04:00)

Arif Hacılı: “Vahid namizəd seçki gününə 1 ay qalmış təqdim olunmalıdır”

“Müxalifətin vahid namizədinin yaxın günlərdə müəyyən olunması ciddi siyasi səhv olardı”.

 

Lent.az-ın verdiyi məlumata görə, bunu Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb. 

 

Arif Hacılı qeyd edib ki, belə addımın atılması hakimiyyətin manevr imkanlarını artıracaq: “Müxalifətin vahid namizədi seçki gününə təqribən 1 ay qalmış müəyyən edilərək cəmiyyətə təqdim olunmalıdır. Əks halda hakimiyyət mövsümi müxalifətçilərin baykot arqumentlərini artıran qərarlar qəbul etməklə 2008-ci il rüsvayçılığını təkrarlamaq imkanı qazanacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 445
avatar

Oxşar yazılar