AB-nin xüsusi təmsilçisi: “Azərbaycan və Ermənistan xalqları arasında təmasları dəstəkləmək üçün hər şeyi edirik”
05 dekabr 2013 19:37 (UTC +04:00)

AB-nin xüsusi təmsilçisi: “Azərbaycan və Ermənistan xalqları arasında təmasları dəstəkləmək üçün hər şeyi edirik”

Xarici işlər naziri Elmar Məmmədyarov Kiyevdə Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsi və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi Filipp Lefortla görüşüb.
 

 APA-nın xəbərinə görə, F. Lefort jurnalistlərə açıqlamasında görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların cari dinamikasını və AB-nin bu prosesə necə dəstək verə biləcəyini müzakirə etdiklərini deyib. O, AB-nin Azərbaycan və Ermənistan arasında hansı etimad tədbirləri keçirməyi planlaşdırdığı haqda danışmayıb: “Bizim müəyyən ideyalarımız var ki, onları müzakirə edirik. Mən hələlik bu barədə danışmaq istəməzdim”.

 

AB-nin Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşünün təşkilində iştirakı və rolu haqda sualı cavablandıran F. Lefort bildirib ki, AB bu cür görüşləri dəstəkləmək üçün hər şeyi edir: “Biz iki xalq arasında təmaslar və əlaqələri dəstəkləmək üçün hər şeyi edirik. Azərbaycan AB üçün vacib ölkədir və mən əməkdaşlığımızın dinamikasını müsbət qiymətləndirirəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539
avatar

Oxşar yazılar