[b]"Əfv sərəncamı bayram ərəfəsində xalqa böyük hədiyyədir" - Millət vəkili[/b]
16 mart 2019 17:43 (UTC +04:00)

[b]"Əfv sərəncamı bayram ərəfəsində xalqa böyük hədiyyədir" - Millət vəkili[/b]

"Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamı Novruz bayramı ərəfəsində xalqa böyük hədiyyədir".
 
Lent.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Bəxtiyar Əliyev deyib.
 
Deputat bildirib ki, bu, çox böyük bir humanist addımdır və bayram ərəfəsində çox sayda ailənin böyük sevincinə səbəb oldu:
 
"Bu əfv sərəncamı xeyli sayda insanı əhatə edir və ölkə həyatında çox mühüm hadisədir. Bu addımın əsas mənası ondan ibarətdir ki, ölkə Prezidenti Azərbaycanda vətəndaş həmrəyliyini, humanizmi, insana diqqət və qayğını diqqətdə saxlayır. Bu sərəncamın bir tərbiyəvi əhəmiyyəti də var ki, kim öz cinayət əməlini dərk edirsə, peşmançılıq hissi keçirirsə, bağışlanır”.
 
Millət vəkili vurğulayıb ki, ölkə başçısının bu addımı statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına diqqət və qayğının təzahürüdür:
 
“Bu sərəncam hüququn aliliyinə, insanların hüquqi davranışının tənzimlənməsinin önə çəkilməsinə verilən bir qiymətdir. Düşünürəm ki, bundan sonra da Azərbaycanda cinayət əməlindən çəkindirici tədbirlər davam etdiriləcək və ölkədə ictimai-siyasi sabitlik və davamlı inkişaf möhkəmlənəcək”.
 
Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı, o cümlədən, 14 xarici vətəndaşa şamil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 715
avatar

Oxşar yazılar