"Danışıqlar yolunu dəstəkləməyə davam edirik" - <span style="color:red;">Amerikalı həmsədr
24 aprel 2018 17:26 (UTC +04:00)

"Danışıqlar yolunu dəstəkləməyə davam edirik" - Amerikalı həmsədr

 

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini güclü şəkildə dəstəkləməyə davam edir”.

 

Bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer Ermənistanda baş verən son hadisələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh prosesində ABŞ-ın iştirakına necə təsir edəcəyi ilə bağlı suala cavabında deyib.

 

O bildirib ki, ATƏT-in Minsk qrupunun üzvü kimi tərəflərlə sülh yolu ilə həllin tapılması işində aktiv işləməyə davam edəcək: “ABŞ həmçinin tam olaraq həmsədrlərin ötən gün verilmiş bəyanatını dəstəkləyir. Bu bəyanatda həmsədrlər tərəfləri atəşkəsə hörmət etməyə və təmas xəttində gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə çağırıb.

 

 

ABŞ-ın siyasəti sabit olaraq qalır. Münaqişənin yeganə həlli güc tətbiq etməmək, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərini özündə əks etdirən beynəlxalq hüquqa əsaslanan danışıqlar yolu ilə mümkündür”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 306
avatar

APA Baycan

Oxşar yazılar