Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkiləri əlaqədar artıq 317 nəfərin namizədliyi qeydə alınıb. Lent.az-ın məlumatına görə, namizədliyi qeydə alınan şəxslərin siyahısı Mərkəzi Seçki Komisiyasının rəsmi saytında yayımlanıb.
Namizədliyi qeydə alınan şəxslər arasında bitərəflər çoxluq təşkil edir. İkinci sırada hakim Yeni Azərbaycan Partiyası yer alıb. Digər yerlərdə isə Ümid, VHP, BQP, BAXCP və digər partiyalar gəlir.
Qeyd edək ki, noyabrın 1-də keçiriləcək parlament seçkisi ilə bağlı seçkiqabağı təşviqat kampaniyası oktyabrın 9-da başlayacaq.
Təşviqat kampaniyası oktyabrın 31-i saat 08:00-da başa çatacaq.