<span style="color:red;">Prezident İlham Əliyev:  “Bu, ölkəmiz və Avropa üçün tarixi hadisədir”
12 iyun 2015 18:51 (UTC +04:00)

Prezident İlham Əliyev: “Bu, ölkəmiz və Avropa üçün tarixi hadisədir”

 

“Avropa Oyunlarının başlaması münasibətilə ilk növbədə bütün Azərbaycan xalqını, bütün Avropa xalqlarını təbrik edirəm. Əminəm ki, bu idman yarışı dostluq, mehribanlıq bayramına çevriləcək”.

 

Lent.az-ın prezident.az saytına istinadən məlumatına görə, bu sözləri Avropa Oyunlarının rəsmi açılış mərasiminin iştirakçılarının şərəfinə verilən qəbulda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

Dövlət başçısı bildirib ki, bu, ölkəmiz üçün tarixi hadisədir: “Bu günə qədər ölkəmizdə bu miqyasda idman yarışları keçirilməyib. Eyni zamanda, bu, Avropa üçün də tarixi hadisədir. Çünki başqa qitələrdən fərqli olaraq, Avropada heç vaxt qitə oyunları keçirilməyib. Baxmayaraq ki, olimpizm hərəkatının və olimpizm ideyalarının vətəni Avropadır. Bu tarixi qərar 2012-ci ilin dekabrında qəbul edilib. Bu qərarın qəbul edilməsinə görə Avropa Olimpiya Komitəsinə və şəxsən onun prezidenti cənab Patrik Hikkiyə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu qərar gələcəkdə Avropa idmanının inkişafında müsbət rolunu oynayacaq”.

 

Prezident İlham Əliyev deyib ki, qərar qəbul olunandan sonra Azərbaycanda dərhal Oyunların Təşkilat Komitəsi, daha sonra isə yerli və beynəlxalq nümayəndələrdən ibarət Əməliyyat Komitəsi yaradılıb: “Təşkilat Komitəsi və Əməliyyat Komitəsi çox fəal işləyərək qısa müddət ərzində belə mötəbər idman yarışını hazırlayıb. Əlbəttə, bu Oyunların hazırlanmasında könüllülər çox böyük rol oynayıb. İyirmi minə yaxın yerli və xarici könüllü bu Oyunların keçirilməsi üçün bu illər ərzində çox fəal işləyiblər. Mən onların rolunu xüsusilə qeyd etmək istəyirəm. Onların mütləq əksəriyyəti gənclərdir. Onlar bizim gələcəyimizdir. Əlbəttə, bu əvəzolunmaz təcrübə gələcək həyatda onlar üçün müsbət rol oynayacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 80
avatar

Oxşar yazılar