İlham Əliyev[b]: "İkili standartlara son qoyulmalıdır"[/b]
27 may 2016 17:35 (UTC +04:00)

İlham Əliyev[b]: "İkili standartlara son qoyulmalıdır"[/b]

 

“Azərbaycanın beynəlxalq nüfuzu artır, qarşıya qoyulan vəzifələr uğurla icra edilir”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bu gün keçirilmiş rəsmi qəbulda çıxışı zamanı Azərbaycan prezidentiİlham Əliyev deyib.

 

Dövlət başçısı bildirib ki, Azərbaycanda quruculuq prosesi davam etdiriləcək: “Bundan sonra da ölkədə sabitlik və təhlükəsizlik təmin ediləcək. Xalq-iqtidar birliyi möhkəmlənir, demokratiya inkişaf edir, bütün azadlıqlar təmin edilir. Ölkəmizə qarşı müşahidə olunan ikili standartlara son qoyulmalıdır”.

 

Prezident İlham Əliyev qeyd edib ki, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib: “İndiki şəraitdə bu, dünyaya bir mesajdır. Xarici siyasətdə Azərbaycanın maraqları uğurla təmin olunub”.

# 168
avatar

APA Baycan

Oxşar yazılar