![[b]Yazov barəsində HÖKM[/b]](https://lent.az/storage/news/2019/march/27/big/c31957237e18e67bfa27d913346ae154.jpg)
[b]Yazov barəsində HÖKM[/b]
Litva məhkəməsi SSRİ-nin müdafiə naziri olmuş marşal Dmitri Yazov barəsində 10 il azadlıqdan məhrumetmə hökmü çıxarıb.
ONA-nın Rusiya bürosunun verdiyi məlumata görə, Vilnüs Dairə Məhkəməsi 1991-ci il yanvarın 13-də Vilnüsdə baş vermiş hadisələrlə əlaqədar Dmitri Yazovun barəsində açılan cinayət işinə baxıb.
Məhkəmə SSRİ-nin keçmiş müdafiə nazirinin 10 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında qiyabi hökm çıxarıb.
D.Yazov hərbi və insanlığa qarşı cinayətlərdə təqsirli bilinib.
Qeyd edək ki, Dmitri Yazov 1990-cı ilin 20 yanvar hadisələrində də günahkar bilinir. Məhz onun rəhbərliyi altında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ qoşunları Bakıda əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açıb.
Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28