[b]Paşinyan Kasprşiklə Qarabağ münaqişəsini müzakirə etdilər[/b]
Ermənistanın baş naziri Nikol Paşinyan fəaliyyətdə olan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.
ONA-nın erməni mətbuatına istinadən yaydığı xəbərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunub.
Görüş zamanı tərəflər qarşılıqlı etimad və sülh mühitinin yaradılması istiqamətində atılan addımların vacibliyini qeyd ediblər.
841