![[b]Nəcməddin Sadıkov Bolqarıstanın Baş naziri ilə görüşüb[/b]](https://lent.az/storage/news/2019/march/12/big/00c21d07b390825d0d786792c316e6ce.jpg)
[b]Nəcməddin Sadıkov Bolqarıstanın Baş naziri ilə görüşüb[/b]
Bolqarıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov martın 12-də bu ölkənin Baş naziri Boyko Borisov ilə görüşüb. Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən bildirilib.
Verilən məlumata görə, Azərbaycan-Bolqarıstan dostluq münasibətlərinin inkişafından razılığın bildirildiyi görüşdə müxtəlif strukturlar, o cümlədən Müdafiə nazirlikləri arasında görüşlərin keçirilməsi yüksək qiymətləndirilib. Bunun ölkələrimiz arasındqa mövcud siyasi, iqtisadi, mədəni əlaqələrin, hərbi sahədə əməkdaşlığın tərəqqisi üçün yeni imkanlar açdığı ifadə edilib.
Tərəflər beynəlxalq terrorizm, ekstremizmin bütün növləri, təcavüzkar separatizm və beynəlxalq təhlükəsizliyə, sabitliyə təhdid təşkil edən faktorları pisləyib, onlara qarşı mübarizədə beynəlxalq səylərin effektivliyinin artırılmasının zəruriliyini də xüsusu vurğulayıblar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
Oxşar yazılar

Suriya prezidenti Azərbaycana gəldi - YENİLƏNİB
12 iyul 2025 , 12:51
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13